Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşıl çay hamıya faydalı deyil
Yaşıl çay hamıya faydalı deyil

"Yaşıl çay orqaniuzmə tonus verən ən yaxşı içkilərdən biri sayılır, amma bəzi insanlar onu içməsələr daha yaxşı olar". Bu fikirləri həkim dietoloq Svetlana Fus səsləndirib. O qeyd edib ki, yaşıl çay antioksidanlar, B vitaminləri, minerallar, tanin və kofeinlə zəngindir. Yaşıl çay təmizləyici və bakterisid xüsusiyyətlərə də malikdir malikdir.

Bununla yanaşı həkim qeyd edir ki, bəzi hallarda yaşıl çay sağlamlığa zərər verə bilər. Məsələn, hamilə qadınlar çoxlu və tünd dəmli yaşıl çay içməkdən çəkinməlidirlər. Çünki tərkibində kofein var və folatın turşusunun mənimsənilməsinə mane olur. Eyni səbəblə onu qlaukoma və hipertoniyadan əziyyət çəkən şəxslər az içməlidirlər.

Tanin bədəndəki dəmirin səviyyəsinə təsir edir, həm də kalsium və maqneziumun orqanizm tərəfindən "udulmasına" mənfi təsir göstərir. Mütəxəssis məhz buna görə, yaşıl çayı yeməklə deyil, ondan bir saat sonra istifadə etməyi məsləhət görür. Bundan əlavə, tanin selikli qişanı qıcıqlandıra bilər və buna görə də onikibarmaq bağırsaq xorası və ya xəstəliklərindən əziyyət çəkənlər tərəfindən içilməməlidir.

Həkim çayın diqqətlə seçilməsinin vacibliyini də vurğulayıb.O, buzlu çayın tərkibində çoxlu zərərli maddələrin olduğunu xatırladıb. Ayrıca, mütəxəssis çayı şirniyyatla içməyi məsləhət görmür. Yaşıl çayın qablaşdırılmış formada almaqdansa qurudulmuş yarpaqlarından istifadənin daha faydalı olacağını deyir. Yaşıl çayı gündə üç -dörd stəkandan çox (gündə bir litrdən ) içmək məsləhət deyil.

Hazırladı: İlhamə

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »