Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pfizer təmsilçisi pandemiyanın bitəcəyi tarixi açıqladı
Pfizer təmsilçisi pandemiyanın bitəcəyi tarixi açıqladı

Pfizer vaksinin CEO-su Albert Bourla qatıldığı bir televiziya proqramında koronavirusun 1 ilə gündəmdən düşəcəyini açıqlayıb. O, açıqlamasında bu müddətin başladığına işarə edib.

ABC News adlı televiziya kanalındakı bir proqramda iştirak edən Albert Bourla bildirib ki, amma bu vaksin olmadan yaşayacağımız mənasına gəlmir.

"Bir il ərzində normal həyata dönəcəyimizi düşünürəm. Bu, yeni variyantların ortaya çıxmayacağı və həyatımızı peyvənd olmadan yaşayabiləcəyimiz mənasını vermir" - deyə Bourla, koronavirisun davam edəcəyini, ancaq daha indiki kimi birbaşa həyatımıza təsir edə bilməyəcəyini vurğulayıb.

Koronavirus pandemiyasını qripə bənzədən Pfizerin CEO-su, bunun qarşısını almağın yeganə yolunun vaksinasiya olduğunu bildirib:

"Qripə bənzər bir durumla qarşı-qarşıya qalacağıq. Ya peyvənd olarsan və yaxşı bir qış keçirərsən, ya da olmazsan xəstələnərsən. Hətta xəstəxanaya düşmək riski ilə qarşılaşarsan. Mənim üçün ən uyğun ssenari budur. Gözləyib vəziyyətə baxacağıq" - deyə vurğulayan Bourla, yaxın gələcəkdə bəşəriyyəti daha yaxşı bir gələcəyin gözlədiyini də qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Moderna vaksininin CEO-su Stefan Bancel də Pfizer CEO-sunun verdiyi açıqlamaya bənzər açıqlama vermişdi. O, da Bourla kimi pandemiyanın 1 ilə adiləşəcəyini vurğulamışdı. Bancel eyni zamanda bütün dünyaya çatacaq qədər vaksin istehsal ediləcəyini və insanların peyvəndlənəcəyi təqdirdə pandemiyanın bitəcəyini bildirmişdi.

Qeyd edək ki, yeni növ koronavirus COVID-19, 2019-cu ilin sonları Çinin Uhan şəhərində yayılmağa başlayıb. Tədricən bütün dünyaya yayılan virusa bu günə qədər 232 milyon 774 min 817 nəfər yoluxub. Bu günə qədər virus səbəbilə 4 milyon 764 min 539 nəfər ölüb.

Azərbaycanda isə bu günə qədər 481 min 401 nəfər virusa yoluxub, 6 min 476 nəfər ölüb. Bu günə qədər ölkədə vurulan vaksinlərin ümumi sayı 8 milyon 350 min 575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 milyon 713 min 775, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 milyon 636 min 800 təşkil edir.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »