Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"O, dəfələrlə düşmən arxasına keçərək öz dəstələri ilə əməliyyatlarda olub"
"O, dəfələrlə düşmən arxasına keçərək öz dəstələri ilə əməliyyatlarda olub"

İkinci Qarabağ müharibəsinin ildönümüdür. Keçən il bu vaxtlar Azərbaycan ordusu düşmən üstünə inamlı addımlarla irəliləyirdi. Qarşıda bir məqsəd var idi - 30 il düşmən işğalı altında olan torpaqlar azadlığa çıxmalıdır. Qafqaz xalqlarının milli qəhrəmanı Şeyx Şamilin dediyi kimi; "sonunu düşünən qəhrəman ola bilməz". Azərbaycanın igid oğulları da sonunu düşünmürdü. Qələbə bizim olmalı idi. Ya bu torpaq uğrunda öləcəkdilər, ya da torpağı azad edəcəkdilər. Və 44 günlük müharibə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Torpaqlarımız düşmən tapdağından azad edildi. Minlərlə şəhidin qanı bahasına olsa da, Azərbaycan qələbə çaldı. 30 il əvvəl Azərbaycandan zorla qoparılan ərazilər gedi qaytarıldı. Bu müharibədə qəhrəmancasına şəhid olan igidlərimizdə biri də Asim Abbasovdur.

Abbasov Asim Rasim oğlu, 1987-ci ildə İmişli rayonunun Hacırüstəmli kəndində anadan olub. Asimgil ailədə 4 uşaq olublar. Evin ikinci övladı olan Asim 1995-ci ildə yaşadığı kənddə şəhid Mehman Süleymanov adına orta məktəbə gedib. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ilin iyun ayında hərbi xidmətə çağırılıb.

Asim haqqında Bizimyol.info saytına şəhidin qardaşı danışıb:

"Hərbi xidməti Tərtər rayonu "N" saylı hərbi hissədə başlayıb. Sonra təxris olundu. 2013-cü ilun aprel ayında Beyləqan korpusunda "mina atıcısı" ixtisası üzrə kursu bitirib və komandir kimi xidmətə başlayıb. 3 ay sonra könüllü olaraq 181 nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünə keçdi və həmin ildən hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edirdi"...

Asimin qardaşı danışır ki, o, dəfələrlə düşmən arxasına keçərək öz dəstələri ilə əməliyyatlarda olub, xüsusi döyüş tapşırıqlarını yerinə yetirib. Düşmənin çox sayda canlı qüvvəsinin və obyektlərinin məhv edilməsində iştirak edib.

şəhid Abbasov Asim Rasim oğlu

"Asimin idman nəticəsi bölükdə və korpusun kəşfiyyat bölükləri arasında yüksək qiymətləndirilirdi. Nizam-intizamlı olması  və düşmən arxasında keçirilən əməliyyatlarda yaxından iştirak etməsinə görə, briqada komandiri, kəşfiyyat rəisi və korpusun böyük rütbəli zabitləri, habelə korpus komandiri tərəfindən dəfələrlə təşəkkürnamələr, fəxri fərmanlar və hədiyyələrlə təltif olunub.

Asim aprel döyüşlərinə göstərdiyi igidliyə görə, bayraq ordeni və bölüyün döyüş tapşırığında göstərdiyi şücaətə görə, tərifnamə və fəxri fərman almışdı" - deyə qardaşı danışır.

Onun sözlərinə görə, Asim 2020-ci il sentyabrın 25-dən 26-na keçən axşamdan öz yarım qrupu ilə düşmənin təmas xəttini keçərək, orduya lazım olan məlumatlar gətirib. Sentyabrın 27-də isə saat 7:00-da başlayan hücumlarda öz bölüyü qarşısında qoyulan tapşırığı layiqincə yerinə yetirir. Asim, sentyabrın 28-də günortadan sonra Füzuli rayonu Qaraxanbəyli kəndində gedən döyüşlərdə düşmənin ələ keçirilən postunda onların sağ qalan və yaralı olanlarını yoxlayıb ərazinin təmiz olduğunu xəbər verməli idi. Bu tapşırığı yerinə yetirərkən düşmən tankından açılan atəş nəticəsində şəhid olub.

Asim Abbasov doğulub boya-başa çatdığı kənddə dəfn edilib. Ailəli olan şəhidimizin 4 övladı var. Asim Abbasov sağ olarkən 2 medalla təltif edilmişdi. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzuli uğrunda" medallari ilə təltif edilib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »