Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki təminat məsələləri müzakirə edilib
Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki təminat məsələləri müzakirə edilib

Azərbaycan müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən "Bizimyol.info"ya verilən məlumata görə, görüşdə hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib.

Tərəflər maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə görüləcək işləri ətraflı müzakirə ediblər.

Görüşdə Türkiyənin müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahları və digər hərbi vasitələrin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi perspektivləri müzakirə edilib.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »