Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müharibə vaxtı Azərbaycana qarşı olan təzyiqlər nəticə vermədi, bundan sonra da verməyəcək”
“Müharibə vaxtı Azərbaycana qarşı olan təzyiqlər nəticə vermədi, bundan sonra da verməyəcək”

“44 günlük müharibə zamanı Azərbaycana qarşı olan təzyiqlər indi də fərqli-fərqli üslub və formalarda davam edir”.

Bu sözləri Bizimyol.info saytına açıqlamasında Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

Asim Mollazadə Asim Mollazadə

“Avropa və ABŞ-da bəzi siyasətçilər illərdir ki, erməni lobbisinin təsiri altındadırlar. Onlar əvvəl də müxtəlif vasitələrlə öz dövlətlərini Azərbaycan və Türkiyəyə qarşı çevirməyə çalışıblar. İkinci Qarabağ müharibəsi başlayarkən, bu təzyiqlər daha da artdı. Ermənistanın törətdiyi hərbi cinayətlər, Azərbaycan şəhərlərində mülki əhalinin davamlı raket atəşlərinə məruz qalması Qərb mediası tərəfindən sanki görməzdən gəlindi. Azərbaycana qarşı çox güclü təzyiqlər, ittihamlar var idi. Lakin dövlət başçısı öz təmkin və iradəsini göstərdi”, - deyə deputat qeyd edib.

O bildirib ki, hələ də müxtəlif vasitələrlə Ermənistanı dəstəkləyən qüvvələr Azərbaycana təzyiq etmək, Bakıdan nəsə qoparmağa çalışırlar: “Müharibə vaxtı Azərbaycana qarşı olan təzyiqlər nəticə vermədi, bundan sonra da verməyəcək. Cənab Prezident öz çıxışında da dedi, kim öz ərazisində erməni dövləti yaratmaq istəyirsə buyursun. Fransada yaşayan ermənilərin sayı Qarabağdan çoxdur. ABŞ-ın Kaliforniya ştatında isə Ermənistanda çox erməni daşıyır. Onlar ermənilər üçün yeni dövlət yaratmaq istəyirlərsə, öz ərazilərində bunu edə bilərlər”.

A.Mollazadə əlavə edib ki, hazırda Azərbaycan qarşısında əsas prioritet qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasıdır: “Dövlət bu işə xüsusi diqqət yetirir və düşünürəm ki, ən yaxın zamanda soydaşlarımız öz torpaqlarına qayıdacaqlar. ABŞ və Fransanın bəzi diplomatlarının son zamanar statusdan, Minsk qrupu formatından danışması isə proseslərə yenidən yön verə bilməz. Azərbaycan tərəfi öz mövqeyini aydın ifadə edib. Biz də nikbinliyimizi itirməməli, ərazi bütövlüyümüzün sarsılmaz olduğunu hər zaman dünyaya bildirməliyik. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, Azərbaycan xalqı öz suveren müdafiə hüququndan istifadə edib, Ermənistan kimi başqa ölkənin ərazilərini zəbt eləməyib”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »