Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Anım Günü ilə əlaqədar Prezident İlham Əliyevə zəng edib
Ərdoğan Anım Günü ilə əlaqədar Prezident İlham Əliyevə zəng edib

Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizlə əlaqədar Azərbaycan Prezidentinə bir daha başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsi ilə bağlı təbriklərini də çatdırıb.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib və Vətən müharibəsi zamanı Türkiyə Prezidentinin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi bir daha yüksək qiymətləndirib.

Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.(apa)

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› Deputatın təklifi qalmaqal yaratdı: “Bunlardan hər şey gözləmək olar”
››› Rusiyada bir həftə qeyri-iş günü elan ediləcək
››› Qərb Azərbaycanda İran şəbəkəsini niyə müdafiə edir... - Təhlil
››› Fransa mətbuatı Türkiyə dronlarını tərifləyir
››› “Azərbaycanda gedən vaksinasiya prosesindən narazıyam” – Həkim-ekspert
››› İran yük maşınlarının Qarabağa getməsini qadağan edən qərar qəbul edib
Son xəbərlər
Bütün xəbərlər »