Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə səfirliyində Anma Günü ilə bağlı tədbir keçirildi
Türkiyə səfirliyində Anma Günü ilə bağlı tədbir keçirildi

Türkiyənin Bakıdakı səfirliyində şəhidləri Anma Günü ilə bağlı tədbir və qardaş ölkədə təhsil almağa yollanan şəhid övladları ilə görüş keçirilib.

Bizimyol.info xəbər verir ki, görüşdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Türkiyə və Azərbaycan İş adamları və Sənayeçilər (TÜİB) İctimai Birliyinin sədri Hüseyin Büyükfırat, millət vəkili, "Tək millət, Tək ürək" platformasının təşəbbüskarı Ramil Həsən, hər iki ölkədən ictimaiyyət və media nümayəndələri iştirak edib.

Türkiyə səfirliyində Anma Günü ilə bağlı tədbir keçirildi

Anma Günü ilə bağlı danışan Cahit Bağçı 27 sentyabr tarixinin zəfərə aparan yolun başlanğıcı olduğunu bildirib, şəhid ailələrinə və övladlarına sahib çıxmağın hər kəsin borcu olduğunu vurğulayıb.

Çıxış edənlər Türkiyədə təhsil alacaq şəhid övladlarına uğurlar arzulayıb, şəhidlərin layiqli davamçısı olacaqlarına əminliklərini ifadə ediblər.

Daha sonra şəhid övladlarının yolasalınma mərasimi keçirilib.

Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »