Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazilərimizin sosial problemləri gələn ilə qalmasın
Qazilərimizin sosial problemləri gələn ilə qalmasın

Bu gün 27 sentyabrdır, Anım Günümüzdür. Ömürlərindən vətənin ömrünə ömür qatanların, vətənin bütövlüyü üçün canından can verənlərin günüdür. 3000-ə yaxın say seçmə oğulların şəkilləri ilə bəzənib küçələrimiz. Onların günüdür bu gün. Amma yalnız bvu gün deyil, hər gün onların olmalı. Həm də tək onların deyil, qazilərimizin də, digər döyüş iştirakçılarının da əməyinə ehtiram günü hər gün olmalıdır.

Qazilərimiz, yaşayan Şəhidlərimiz, şahidlərimizdirlər. Bu bir il ərzində dövlət şəhid və qazi ailələrinə dəstək gösastərmək üçün müəyyən fəaliyyət planı hazırladı, müxtəlif layihələr həyata keçirildi.Amma, yenə də kənarda qalanlar, narazılıq edənlərin sayı az deyil. Şəhidlərimiz şəhid olmayıb həyatda qalsaydılar, yəqin ki, onların da bir çoxu indiki qazilərimiztək öz halal haqlarını ala bilmək üçün ƏƏSMN-in, Tibbi Komissiyanın qarşısında əziyyət çəkəcəkdilər? Halal haqlarını almaq üçün məhkəmələrə baş vuracaqdılar?

Bu yaxınlarda bir qazimizun şikayətini dinlədim. Deyir ayaqlarımı dizdən aşağı hiss etmirəm. Bunu sübut eləmək üçün mənə əziyyət verirlər. Hər dəfə müxtəlif yoxlamalardan keçirilər, ayaqlarıma iynələr batırırlar ki, ağrıyıb ağrımadığımı görsünlər. Mən ağrımıram, amma qanım tökülür, bunu onların başa düşməsi üçün başqa yol yoxdurmu?

Başqa bir qazimiz kantuziya alıb. Fiziki baxımdan sağlam göründüyünə görə kantuziyalı olduğunu sübut etmək üçün dəfələrlə komissiyalardan keçib, xəstəxanada yatıb. Bu da yetməyib, onun işi Korrupsiya ilə Mübarizə İdarəsində araşdırılıb, müxtərlif tibbi komissiyaların verdiyi rəyə əsasən beyninin böyük hissəsində zədə ocaqları var. Əsəblərini kontrol edə bilmir. Məhkəmədə haqqını tələb edib, qalib gəlib. Amma yenə haqqı olan pensiyasını ala bilmir.

Onlar kimi yüzlərlə qazimiz var. I Qarabağ müharibəsi qazilərmiz var ki, çoxusu vaxtilə sənədləşməsi düz aparılmadığına görə, ümumiyyətlə döyüşlərdə olduqlarını da sübut edə bilmirlər. Amma hamısı fatehlərdir. Bu gözəl gündə arzu edərdik ki, onların problemlərinin həlli gələn ilə qalmasın, Zəfər bayramımızda ürəkdən, könüllərində heç bir şübhə , hüzn olmadan qeyd etsinlər haqları olan bayramı.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »