Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur türk aktrisası xərçənglə mübarizə aparır
Məşhur türk aktrisası xərçənglə mübarizə aparır

Məşhur türk aktrisası Canan Ergüder xəstəliklə mübarizə aparır.

Bizimyol.info xəbər verir ki, sənətçi uzun zamandan bəri xərçəng xəstəliyindən əziyyət çəkir. O, xəstəlik prosesi, müalicəsi, son vaziyyəti ilə bağlı daim izləyicilərini məlumatlandırır. Aktris saçsız fotolarını paylaşaraq, onunla eyni xəstəlikdən əziyyət çəkən insanlara bir növ ümid verməyə çalışır.

Bu dəfə də o, 2017-ci ildə ailə qurduğu həyat yoldaşı Kenan Ece ilə fotosunu instaqram hesabında paylaşıb.

Aktrisa, paylaşımda notda qeyd edib.

"Gözəl insanlarla gözəl söhbətlərdən sonra istirahət etmək çox xoşdur"-deyə qeyd edib.

Qeyd edək ki, Canan Ergüder və Kenan Ece cütlüyünün Demir adlı oğulları var.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »