Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...

Təcili marketə girməli oldum. Elə qapıda yadıma düşdü ki, maskam yoxdur. Qapıda duran mühafizəçi bildirdi ki, maskasız giriş qadağandır, lakin içəridə maska satılır. Xahiş etdim ki, bir ədəd mənə alsın ki, maretə daxil ola bilim. Mühafizəçi bildirdi ki, ədədlə satılmır, gərək bütöv qutunu alam. Nə bütöv qutunu almaq fikrim var idi, nə də əlimdə o qədər pul. Mühafizəçi bildirdi ki, marketin yanındakı "Qasid" köşkündə maska satılır ordan ala bilərəm. Köşkə yaxınlaşdım, maska 50 qəpiyə. Həm də ən keyfiyyətsizi. Satıcı ilə qiymət üstündə mübahisə etsək də, dedi ki, qiyməti müdiriyyət təyin edir, onluq heç nə yoxdur, "əmr quludur".

Bu dəqiqə ölkədə o qədər "Əmrqulu" müəllim var ki, saymaqla bitməz. Hamısına da insanların sadə həyatını çətinləşdirmək, süni qiymət artımı yaratmaq, şəhid və qazi ailələrinə problemlər yaratmaq, asan işləri çətinləşdirmək tapşırılıb sanki. Təbii ki, sadəcə, pasport adı "Əmirqulu" olanları nəzərdə tutmuruq...

Məcbur olub 20 qəpiklik maskanı 50 qəpiyə aldım almasına da, 3 gündü işlətsəm də, qıyıb ata bilmirəm. Onsuz da hər gün işə çıxan normal vətəndaş gündəlik 20 qəpik maskaya pul verirsə, bu ayda 6 manat pul edir. Üstəlik bu tək nəfər üçün hesqablanıb. 3 nəfərlik ailə üçün bu xərc 18 manata yüksəlir. Həftə sonları taksi xərclərini, xəstələnəndə apteklərdə od tutub yanan dərmanları, həkimlərin laızm gəldi gəlmədi yazdıqları uzun uzadı respetləri də nəzərə alsaq normal vətəndaşın aylıq maaşının yarıdan çoxu " aldım qoz, satdım qoz, mənə qaldı şaxşaxı" hesabı ilə xərclənir.

Marketlərdə də artan qiymətlər, qəpik qəpik toplanıb manat olan " artımlar" hamımızı stresə soxub. Üstəlik ekspertlər qiymət artımlarının son hədd olmadığını iddia edirlər. Amma hələ ki, ciblərimiz boşalıb, bazar səbətlərimizin həcmi getdikcə kiçilsə də, sosial müavinət, maaş artımı barədə söhbət yoxdur. Lap olsa belə qiymətlər 4-5 dəfə qalxandan sonra maaş da bir dəfə silkələnib 5-10 manat yüksəlir, onda da bazardakıların qulağına səs dəyir, qiyməti bir dəfə də qaldırırlar. Romantik, optimizt , amma kəsib nəslin nümayəndələri də piştaxtalardakı naz nemətə baxıb, "Sən mənim həmişə əlçatmazımsan" mahnısını ifa edə- edə dədə- baba qaydasıyla bir az kartof, soğan, çörək alır ki, evdə qazan qaynasın.

Necə deyərlər dua ilə yatıb, dua ilə qalxırıq ki, səhər yeni bir sürpizlə qarşılaşmayaq. Ona da Tarif Şurası deyərlər. Qılıncının dalı da kəsir qabağı da. Məncə Tarif Şurasındakıların hamısı Cənnəti qazanıblar. Bu qədər insanların dua etməsinə bais olduqlarına görə.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »