Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.

Bizimyol.info xəbər verir ki, insanlar şəhid əsgər və zabitlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərdən fasiləsiz fit səsi verilib, yaylım atəşi açılıb.

Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimiz Azərbaycandakı bütün dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunur.

Qeyd edək ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.

Son xəbərlər
Bütün xəbərlər »