O günü çox gözləmişdik. O günü gözləyə -gözləyə ürəyi qubarla, gözlərində həsrət dünyadan köçənlərimiz çox oldu. O günü gözləyə-gözləyə bələkdəki körpələr igid oldular, ərən oldular. Çoxları düşündü ki, yeni bir nəsil yetişib, daha Qarabağ onlar üçün bir köynək yaddır, bir az da keçsə heç kimin yadına o qanlı qadalı illər, dədə baba yurdalrımız , qanla suvanmış torpaqlarımız düşməyəcək. Lakin bir qığılcım yetdi ki, millət bütövləşsin. ayağa dursun. Biz gənclərimizin bu qədər qəhrəman, bu qədər böyük ürək sahibləri olduqlarınlı bəlkə də hiss etməmişdik. Bəlkə heç onlar özləri də ruhlarında yatan aslandan bixəbər edilər. Bir hayla ayağa qalxdılar, bir yumruq, bir ürək, bir düşüncə oldular. Döyüş başlamış, hər kəs səksəkə içərisində gözləyir, səfərbərlik xidmətlərinin qarşısında insan seli aşçıb- daşırdı. İlk dəfəydi insanlar cəbhəyə getmək üçün dava salkır, harayy- həşir qoparırdılar. Gedənlərdə qüruru vardı, qalanlarda həsəd.
Ucar şəhər sakini Niftəliyev Elnur. Dənizçi idi, mayor rütbəsini daşıyırdı. Döyüşlərin ilk günündən onun üçün dənizi, gəmini səngər əvəz elədi. Getdiyi gün 3 yaşlı qızının üzündən öpüb " tez gələcəm demişdi", qapıdan çıxanda 11 yaşlı oğlunun ağıllı baxışlarına, kişiyana duruşuna baxıb " Evdəkilər daha sənə əmanətdi, özün bilirsən, bu müharibədir, hər şey ola bilər" dedi. Oğlunun boğazı qəhərlə düyünlənsə də "Baş üstə" deyə bilmişdi bircə və bu onarın son görüşü oldu. 22 gün sonra Elnurun şəhidlik xəbəri eşidildi.
Məmmədov Rəhman Ağcabədi rayonundan döyüşlərə yola düşdü. Müharibədən bircə gün öncə nişanlanmışdı uşaqlıqdan bəri sevdiyi qızla. Cəbhəyə gedəndə "Gözlə gələcəm" dedi, " Gəlməsəm də çalış xoşbəxt ol, amma məni də unutma" dedi igid Rəhman. Necə unudulaydı, adını əbədi qəhrəmanlar siyahısına saldırmışdı.
Hüseyinov Cavidan Bakılıydı. Hərbi xidmətdən 1 il öncə gəlmişdi, topçuydu. Qorxu, təlaş dolu gözləriylə ona baxan anasını sinəsinə sıxıb "Ağlasan xətrimə dəyərsən. Sən üzülmə ki, mən orda rahat ola bilim" demişdi. Qapıdan çıxarkən zarafat edib könlünü də almışdı."Məndən canın qurtardı sanma, sən xeyir işə hazırlaş, qəhrəman kimi gəlim, kimin qapısına getsən qızını verəcək, başını dik tut gəz, daha kasıblığı dərd eləmə" dedi.
Hüseynov Həsənin hekayəsini isə 1 il öncə duymayan qalmamışdı. Həsən Ucardan idi, Qazaxdan bir yar sevmişdi. Di gəl neysə də qızın atası inadına salıb, " hə" demir, Ucar kimi isti bir rayona inəyimi də satmaram deyib, Həsənin yamanca xətrinə dəymişdi. Müharibə başlayan kimi, Həsən də ilk çağırışçılardan oldu. 1 ay sonra döyüşdə yaralanıb bir gözünü itirincə Qazağa, sevdiyi qıza xəbər göndərmişdi ki, onu gözləməsin. Bir gözü olmadan onun qarşısına çıxmağa utanmışdı. Amma Qazağxlı o inadkar " qaynata" məsələdən xəbərdar olub, "Gəlsin qızı verdim ona, belə mərd oğula da qız verməyib kimə verəcəm" demişdi.
Bax beləcə minlərlə müharibə hekayəsi yazmaq olar, hər biri milli ruhlu, torpaq qoxulu, vətən sevgisinə bələnmiş minlərlə ömür nağılı.
Müharibə həm sevənləri ayırdı, həm qovuşdurdu. 3000 –nə yaxın igidimizi sıralarımızdan alıb nurlar içərisənə apardı, milyonlarla azərbaycanlının torpaq həsrətinə son qoydu, utancımızı qürururmuz əvəz etdi.
Narahat ruhlarımız dincəldi, I Qarabağ müharibəsində həlak olan şəhidlərimizin ruhu sevindi, müqəddəs hesab etdiyimiz torpağımız azad nəfəs aldı. Bu günə qovuşduran, bu günü bəxş edən Allaha çükürlər olsun. Gələcək nəsillər isə Koroğlu, Babək, Nəbi hekayələri ilə deyil, Cəbrayıl, Polad, Xudayar, Mübariz əfsanələri ilə böyüyəcəklər. Və soruşacaqlar. Görəsən adları dastanlara düşən bu nər igidlər həqiqətən var olubmu, yoxsa xalqın sevgi dolu təxəyyülündən yaranıblar. Yalçın qayalara dırmanıb Şuşanı yalın əllərlə azad edən igidlərimizin əfsanəsinə inanmayacaqlar bəlkə də. Çünki bu igidlər inanılmazı bacardılar. Təkcə erməniyə qarşı deyil, regiona diş qıcamış onlarla böyük gücə qarşı savaş açıb qalib çıxdılar.
Azərbaycan bayrağı qarşısında diz çöküb o bayrağı öpən Prezidentimizin şəkli mənim ən sevdiyim əkildir. Və bu şəklə baxdıqca ağlımdan "Bayraqları bayraq yapan üstündəki qandır" misrası keçir, ardınca da "Eşq olsun sənə, bayrağı bayraq yapan oğul!", deyirəm.
İlhamə Rəsulova