Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təklif: Qazilərin gediş kartları xüsusi olsun
Təklif: Qazilərin gediş kartları xüsusi olsun

2 gün öncə Bakı kartlarının balansının internet vasitəsilə doldurmaq imkanı yaranması barədə xəbəri məmnunluqla qarşıladıq. 44 günlük müqəddəs müharibəmizin il dönümü ərəfəsində isə izləyicilərimizin də istəkləri əsasında Bakı Nəqliyyat Agentliyinə bir təklif vermək istəyirik.

Türkiyədə qazilər üçün xüsusi pulsuz avtobus kartları var. Bu kartdan istifadə zamanı "Bu vətən sizə minnətdardır" səslənməsi isə onun qazi olmasını avtobusda oturanlara tanıtdırır. Həm qazidə qürur duyğusu oyandırır, həm də ətrafdakıların vətənpərvərlik duyğularını isti saxlayır. Bir ömürlük minnət borcumuz var, bu şəkildə təşkilatçılıq həddən artıq gözəldir. 2-ci Dünya Müharibəsindən sonra veteranlara göstərilən qayğı Qarabağ qazilərinə də göstərilməlidir. Türkiyədəki təcrübə bizdə də tətbiq edilsə, yaxşı olardı.

Gediş kartından istifadə edən hər bir qazimizə monitordan “Vətən sizə minnətdardır” ifadəsinin səslənməsi gözəl olmazdımı?

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »