Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Təzəpir” məscidində şəhidlərin ruhuna dualar oxunub
“Təzəpir” məscidində şəhidlərin ruhuna dualar oxunub

“Təzəpir” məscidində 27 sentyabr - Anım Günü ilə bağlı mərasim keçirilir.

Məsciddə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamlığı ilə namaz qılınır, şəhidlərin ruhuna dualar oxunur, onların əziz xatirəsi ehtiramla yad edilir.

Namazdan sonra QMİ-nin Qazılar Şurasının üzvü Hacı Faiz Nağızadə şəhidlərin ruhuna Quran oxuyub.

Qeyd edək ki, eyni vaxtda Ağdam və Şuşa məscidlərində də namaz qılınır.

Xatırladaq ki, 27 sentyabr Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilir. Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur.(apa)

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »