Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Radanın qarşısında qarşıdurma: Yaralananlar var - VİDEO
Bu gün səhər saatlarında Ukraynanın hüquq-mühafizə orqanları Ali Radanın qarşısında salınmış düşərgəyə hücum çəkərək Odessa vilayətinin sabiq qubernatoru, "Yeni qüvvələr hərəkatı" partiyasının lideri Mixail Saakaşvilini saxlamağa cəhd ediblər.

Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, bu gün yerli vaxtla 6:00-da Ali Radanın qarşısındakı düşərgəyə hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət bir neçə avtobus yaxınlaşıb. Polislər düşərgəyə daxil olaraq M.Saakaşvilini axtarmağa başlayıblar.

Nəticədə mitinqə çıxanlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. Polis gözyaşardıcı qaz tətbiq edib.

Qarşıdurma nəticəsində xeyli sayda insanın yaralandığı bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »