Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Türkiyə ABŞ əsgərlərinin Suriya və İraqdan çıxmasını istəyərdi”
Ərdoğan: “Türkiyə ABŞ əsgərlərinin Suriya və İraqdan çıxmasını istəyərdi”

“Türkiyə istəyərdi ki, ABŞ qoşunları Əfqanıstanı tərk etdikləri kimi Suriya və İraqdan da çıxsınlar”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Bu halda Türkiyə Suriyada ABŞ-ın yerini almaq niyyətindədirmi sualına cavabında Türkiyə lideri deyib: “İcazə verin açıq və düzgün formada sizə deyim – Biz istənilməyən yerdə heç vaxt qalmayacağıq, bizə şad olmayan yerdə heç vaxt olmayacağıq”.

Ərdoğan ümid edir ki, Amerika Birləşmiş Ştatları, Rusiya, İran və Türkiyə birlikdə Suriya və İraqa sülh gətirmək üçün birgə işləyə bilər:

“Çünki dünyada sülh qurmaq niyyətindəyiksə, dünyanın bu bölgələrində qalmağın artıq mənası yoxdur, sadəcə bu xalqlara öz qərarlarını qəbul etmək imkanını verə bilərik”

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Polis əməkdəşının törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
Son xəbərlər
Bütün xəbərlər »