Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 27 sentyabr, 2021-ci il – Əvvəllər çətin olan işlər indi asan gələcək
Ulduz falı: 27 sentyabr, 2021-ci il – Əvvəllər çətin olan işlər indi asan gələcək

Bizimyol.info 27 sentyabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Ciddi və perspektivli danışıqlar üçün yaxşı gündür. Bu gün həmsöhbətiniz kim olsa da, onu çox diqqətlə dinləyin: tamamilə gözlənilməz bir mənbədən faydalı məlumatlar əldə edə bilərsiniz. Sevdiklərinizlə uzun müddətdir sizi narahat edən məsələ haqqında danışmaq və dəstək almaq imkanınız olacaq. Vaxtında səy göstərilsə, çox şey yaxşılığa doğru dəyişə bilər. Hissiyatınızı dinləyin: həmişə necə davranacağınızı söyləyəcək. Günortadan sonra təkbaşına bir şey öyrənmək üçün yaxşı vaxtdır. Əvvəllər çətin görünən hər şey indi asan gələcək.

Qoç - Ünsiyyətdə probleminiz olmayacaq – çətin xasiyyətli insanlarla da dolanmağı bacaracaqsınız, çoxlarını bir baxışda başa düşəcəksiniz. Bəzən başqalarının nə düşündüklərini, sizdən nə gözlədiklərini, hansı hərəkətlərinizdən məmnun qalacaqlarını təxmin etmək mümkün olacaq. Daha əvvəl gərginləşmiş münasibətləri normal axara yönəltmək üçün ən uyğun gündür. Son vaxtlar sizi və yaxınlarınızı narahat edən problemlərin necə həll ediləcəyi aydınlaşacaq. Məsləhətləri dinləməyə hazır olun: bu gün təcrübəsinə və biliyinə güvənə biləcəyiniz insanlardan gələcəyin yolunu göstərən məsləhətlər ala bilərsiniz.

Buğa - Əla fikirlərin həyata vəsiqə alacağı gündür. Bu gün nəyə nail olmaq istədiyinizə və bunun tam olaraq necə edilə biləcəyinə qərar verə bilərsiniz. Müttəfiqlər tapmaq şansınız var. Fikirlərinizin çoxu başqalarının xoşuna gələcək və planınızın həyata keçirilməsində sizə kömək etmək istəyənlər mütləq olacaq. Səfərlər yaxşı keçəcək. Uzun və qısa səyahət olmasaının fərqi yoxdur. Hər halda, səyahətiniz həm faydalı, həm də xoş olacaq. Diqqətin lazım olduğu yeganə sahə maliyyədir. Alış-verişə tələsməyin, çox pul xərcləməyin.

Əkizlər - İstədiyiniz insanla tanış olmaq üçün əla gündür. Doğru təəssürat yaratmaq asan olacaq. Sizdən nə gözlənildiyini, hansı sözləri eşitmək istədiklərini dərhal hiss edəcəksiniz. Hissiyatınız vacib hədəflərə daha sürətlə çatmağınıza kömək edə biləcək insanların kimliyini nişan verəcək. Günortadan sonra kiçik anlaşılmazlıqlar və həyəcan yarana bilər. Ancaq yaxşı əhval-ruhiyyəni saxlaya bilərsiniz. Maraqlı fəaliyyətlər axtarın, həqiqətən sizi valeh edən məşğuliyyəti seçin.

Xərçəng - Hər hansı çətin və vacib bir işi götürməzdən əvvəl, onu başa çatdırmaq üçün kifayət qədər vaxtınızın olduğundan əmin olun. Bu gün hər zamankından daha çox bəxtə güvənməyə meylli olacaqsınız və şərait həmişə yaxşı şəkildə formalaşmır. Ancaq gün ciddi çətinliklər gətirməyəcək, buna görə də xüsusi olaraq həyəcan keçirməyin. Günün ikinci yarısı ürəyinizin səsini diqqətlə izləyin: Bəzi kiçik, əhəmiyyətsiz hadisələr belə sizə maraqlı fikirlər verə bilər.

Şir - Maliyyə problemləri ilə tələm-tələsik məşğul olmamalısınız. Kiçik bir məbləğ olsa belə, indi xərcləməyin lazım olub-olmadığını diqqətlə düşünün. Qalan məsələlərdə günü uğurlu adlandırmaq olar. Daha əvvəl baş vurduğunuz və yarımçıq buraxdığınız işləri yekunlaşdırmaq, son vaxtlar yaxınlarınızla çox götür-qoy etdiyiniz problemləri çöznək üçün uyğun zamandır. Axşam taleyindən narahatlıq keçirdiyiniz insanlardan çoxdan gözlədiyiniz yaxşı xəbəri alacaqsınız. Həyəcan sevinclə əvəz olunacaq, bunun üçün yaxşı səbəblər tapılacaq.

Qız - Həyəcanlanmağın ziyanı var. Duyğularınızı nəzarət altında saxlamaq, xırda şeylərə əsəbiləşməmək qabiliyyətinin bir çoxları üçün faydalı olacağı gündür. Bəzən sizi düzgün başa düşməyən insanlarla üz-üzə gəlməli olacaqsınız. Sizin üçün aydın görünən həqiqətləri başqalarına təkrar-təkrar izah etmək lazım gələ bilər. Yumor hissiniz belə vəziyyətlərdə xilaskar rolunu oynaya bilər: həm vəziyyəti düzəltməyə, həm də başqalarını dəstəkləməyə kömək edəcək. Gün bir çox ziddiyyətli məlumatlar gətirəcək. Hər şeyi başa düşmək üçün vaxt lazımdır. Nəticələrə tələsməyin. Onları əldə etməzdən əvvəl daha vacib məsləhətlər almalı ola bilərsiniz.

Tərəzi – Yolunuz üstündə olan problemlər və maneələr haqqında daha az düşünməyə çalışın. Bu gün ortaya çıxan çətinliklər ilk baxışdan göründüyü qədər də ciddi və əhəmiyyətli deyil. Bəzilərinin öhdəsindən çox tez gələcəksiniz, digərlərinin heç bir nəticəsi olmayacaq və sadəcə, unudulacaq. Hər hansı bir səfərdə əşyalarınızı xüsusilə diqqətlə izləyin. Sizin üçün dəyərli olan, məsələn, xoş xatirələrlə əlaqəli bir şeyi unutmaq və ya itirmək riski daşıyırsınız. Axşam dostlarınız və yaxınlığınızdakı digər insanlarla dərdləşmək üçün əlverişli görüşlər vəd edilir.

Əqrəb - Bir çox səylərinizin uğuruna inanırsınız və yaxşı edirsiniz. Qətiyyətli və tez hərəkət etsəniz, əvvəllər xəyal kimi görünən məqsədlərə çata bilərsiniz. Vəziyyət yaxşıdır, ancaq heç bir fürsəti qaçırmamağa çalışın. Gün yeni bir bacarıq qazanmaq üçün üçün əlverişlidir. Lazım olan hər şeyi tez öyrənəcək, təcrübəli təlimçilər tapacaq və onların məsləhətlərinə əməl edəcəksiniz. Axşam saatlarında sevdiklərinizə vaxt ayırmalısınız. Yəqin ki, sizə deyəcəkləri var.

Oxatan - Gün xoş hadisələr gətirəcək, parlaq duyğular verəcək və uğurlu təsadüflərlə sevindirəcək. Çox vəzifələrin, hətta çox çətin işlərin öhdəsindən gələ biləcəyinizi hiss edirsiniz və heç də yanılmırsınız. Bəzi maraqlı tədbirlərə qatılmaq, çox şey öyrənəcəyiniz insanlarla tanış olmaq imkanı yaranacaq. Alış-veriş edə bilərsiniz: uzun müddət məmnunluq yaşadacaq əşyaları seçəcək və bunlara çox pul xərcləməyəcəksiniz. Gözlənilməz, lakin çox xoş hədiyyələr, uzun müddət xatırlanacaq sürprizlər olacaq.

Oğlaq - Uğurlu və çətin işlər üçün ideal gündür. Qısa zamanda nələr etdiyinizə özünüz də təəccüblənəcəksiniz. Başqalarının gücü çatmayan işlərin öhdəsindən gələcək və kompleks problemləri həll etməkdə müvəffəq olacaqsınız. Maliyyə baxımından da uğurlu epizodlar az olmayacaq - yaxşı biznes sövdələşmələri əldə etmək fürsəti yaxalayacaqsınız. Başqaları ilə nəinki yaxşı münasibət quracaq, həm də onları xoşbəxt və ya narahat edən problemləriniz də başa düşəcəksiniz. Sizin iştirakınız sayəsində yaxınlarınızın təkbaşına öhdəsindən gələ bilmədikləri problemlər öz həllini tapacaq.

Dolça - Vacib işlər üçün uyarlı gün deyil. Tənbəllik hissi güclü olacaq. İndi istirahət etməyin, sağlamlığınızın qayğısına qalmağın və özünüzü məmnun etmək üçün qısa bir fasilə verməyin zamanı çatıb. Köhnə bir hobbinizə qayıtmaq istəyirsinizsə, özünüzə bu zövqü hədiyyə edə bilərsiniz. Yalnız sevinc deyil, həm də ilham verəcək. Həqiqətən əyləncəli bir işə qoşulduğunuz zaman öyrənmək daha asan olacaq. Maraqlı, qeyri-adi məlumatlar asanlıqla yaddaşınıza yazılacaq.

Balıq - Yalnız özünüzə deyil, başqalarına da çox xeyir verəcəksiniz. Həmişəkindən daha çox məşğul ola bilərsiniz, ancaq bu sizi xoşbəxt edəcək. Boş oturmaq istəmirsiniz, boş yerə vaxt itirmirsiniz. Köhnə tanışlarınızdan fərqli olan qeyri -adi insanlarla ünsiyyət qurmaq imkanı olacaq. Onlarla danışmaq sizə maraqlı fikirlər verəcək. Özünüzü çox da yormayın. Çox şeyə qadirsiniz, amma bəzən yenə də istirahət etməlisiniz. Günortadan sonra bunun üçün əla vaxtdır. Gücünüzü tez bərpa etməyi bacaracaqsınız. Özünüzü daha enerjili hiss etmək üçün qısa bir fasilə kifayət edəcək.

Son xəbərlər
Bütün xəbərlər »