Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının bəzi yerlərində evləri yağış suları basıb
Bakının bəzi yerlərində evləri yağış suları basıb

26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri sakinlərindən yağışların törətdiyi fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Bizimyol.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının canlı qüvvə və texnikası suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Paylaş »
››› Rusiya Telman İsmayılovun ekstradisiyasını tələb edib
››› Türkiyədə dolların rekord bahalaşması Azərbaycana təsir edəcəkmi...
››› Putin Azərbaycan və Ermənistan rəhbərlərinin çıxışlarına münasibət bildirib
››› Lotereyada udacağını yuxuda gördü və milyonçu oldu
››› Ermənistanın cinayət ortağı ifşa olundu
››› 40 yaşlı kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
››› Məsciddə partlayış törədilib, ölənlərin sayı 30 nəfərdən çoxdur
Son xəbərlər
Bütün xəbərlər »