Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada parlament seçkiləri başlayıb
Almaniyada parlament seçkiləri başlayıb

Almaniya Bundestaqına seçkilərdə səsvermə başlayıb.

“Report” xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00-da) açılıb.

Rəsmi məlumata görə, ölkə əhalisinin 60,4 milyon nəfər vətəndaşının səsvermə hüququ var. Onlar ölkənin yeni parlamentinin tərkibini müəyyənləşdirəcəklər.

Seçkilərdən sonra Bundestaqda yeni kanslerin rəhbərliyi altında yeni hökumət formalaşdırılacaq.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) bağlanacaq. Səsvermələrin başa çatmasından dərhal sonra “exit poll”un nəticələri açıqlanacaq və siyasi qüvvələrin nümayəndələrindən ilk açıqlamalar olacaq. Builki seçkilərdə 47 siyasi qüvvənin namizədləri mübarizə aparır.

Almaniya Federal Respublikasının Mərkəzi Seçki Komissiyası ilkin nəticələri bazar ertəsinə keçən gecə açıqlayacaq.

Paylaş »
››› Türkiyədə dolların rekord bahalaşması Azərbaycana təsir edəcəkmi...
››› Putin Azərbaycan və Ermənistan rəhbərlərinin çıxışlarına münasibət bildirib
››› Lotereyada udacağını yuxuda gördü və milyonçu oldu
››› Ermənistanın cinayət ortağı ifşa olundu
››› 40 yaşlı kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
››› Məsciddə partlayış törədilib, ölənlərin sayı 30 nəfərdən çoxdur
››› Müdafiə Nazirliyi açıqlama yaydı
Son xəbərlər
Bütün xəbərlər »