Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin ABŞ-ı atom bombasıyla hədələyir
Çin ABŞ-ı atom bombasıyla hədələyir

ABŞ, Böyük Britaniya və Avstraliyanın müdafiə sahəsində əməkdaşlığı Çini qıcıqlandırıb. Vəziyyət o həddə çatıb ki, Çin rəsmiləri açıq şəkildə hədə-qorxu xarakterli mesajlar verir.

Bizimyol.info xəbər verir ki, Çinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) keçmiş səfiri Şa Tszukan ABŞ-ın formalaşdırdığı yeni ittifaqları dayandırmaq üçün ölkəsinin bir sıra addımlar atmalı olduğunu bildirib. Onun fikrincə, Çinin bu məqsədlə nüvə silahından istifadə etməsi də məqbuldur. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Çin ABŞ-ın formalaşdırdığı ittifaqları, o cümlədən AUKUS-u dayandırmaq üçün nüvə silahından istifadə etməyə hazırlaşmalıdır”, - sabiq səfir belə deyib.

Sentyabrın 16-da ABŞ, Britaniya və Avstaliya hərbi müdafiə sahəsində əməkdaşlığa dair müqavilə imzalayıb. Onların yaratdığı ittifaq ölkələrin adlarının baş hərflərinə uyğun olaraq, AUKUS (Australia, United Kingdom, United States) adlandırılıb. Müqavilənin məqsədi Hind-Sakit okean bölgəsindəki tərəflərin ümumi maraqlarını dəstəkləmək və qorumaq, həmçinin müdafiə sektorunun inkişafı üçün səyləri birləşdirməkdir.

Zukang hesab edir ki, “nüvə zərbəsi endirən birinci tərəf olmamaq” barədə uzun müddətdir davam edən öhdəliyi yenidən nəzərdən keçirmək və tənzimləməyin vaxtı çatıb. Çünki bölgədə ABŞ-ın hərbi mövcudluğu getdikcə daha da artır. Diplomatın fikrincə, rəsmi Pekinin hazırkı siyasəti Çinə “mənəvi nüfuz” qazandırsa da, ABŞ-ın siyasətinə verilməli olan cavab baxımından uyğun deyil. O, iddia edir ki, ABŞ bölgədə təhlükəsizliyi təhdid edə biləcək siyasət yürüdür.

AUKUS ittifaqının yaradılması ona gətirib çıxardı ki, Avstraliya Fransa ilə 66 milyard dollarlıq sualtı tikinti müqaviləsinə xitam verdi. Söhbət sualtı atom gəmiləriylə bağlı tikintidən gedir.

Fransa Avstraliyanın bu qərarını “kürəyə sancılan bıçaq” adlandıraraq, tarixində ilk dəfə öz səfirini ölkədən geri çağırdı.

Bizimyol.info

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »