Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal

Türküstan ölkələrində ruslarla bağlı qalmaqallar bir-birini əvəz edir. Qazaxıstanla Qırğızıstanın ardınca Özbəkistanda da səs-küyə səbəb olan hadisə baş verib. “Telegram” kanallarından birində insidentlə bağlı video yer alıb.

Bizimyol.info xəbər verir ki, görüntülərdə rus qadın yerli uşaqların onun nəvəsini döydüyünü iddia edir. Guya qonşu özbək uşaqlar nəvəsinə “urus, urus” deyərək zərbə endirirmiş. Liliya adlı qadın uşağı onların əlindən çətinliklə aldığını bildirib.

Sonradan insident böyüyüb. Özbək uşaqlardan birinin valideyni övladını müdafiə edib. Ana rus uşağın nənəsinə “Çıxıb gedin Rusiyaya” deyib. Liliya məsələni belə qoymamaq qərarına gəlib. Rus qadın şikayət üçün polisə üz tutub. Başqa bir valideyn ora gələrək qadının özünü uşaqlara əl qaldırmaqda ittiham edib.

Polis hadisəni kiçik xuliqanlıq aktı kimi rəsmiləşdirib. Orada yazılanlara görə, hər iki tərəf digərini ağır ifadələrlə təhqir edib, qeyri-adekvat ifadələr işlədib. Protokolda tərəflərin ekspertizadan imtina etdiyi qeyd olunub.

Rusiya mətbuatı baş verən hadisəni daha bir türkdilli dövlətdə rusların sıxışdırılması kimi şərh edib. Yazılarda Özbəkistanın hüquq-mühafizə orqanları ciddi tənqid olunub. Rusiya mətbuatı iddia edir ki, polis nəvəsi döyülən qadını lağa qoyub.

Qazaxıstanda dil haqqında qanunun qəbulu ölkəyə fərqli ovqat gətirmişdi. Milliyyətçilər rusca danışanlara dözümsüz yanaşmağa başlamışdı. Ayrı-ayrı dəstələr dövlət orqanlarına gələrək hamının qazaxca danışıb-danışmadığını müəyyənləşdirməyə çalışırdı. Yayılan videoların birində qazaxları aşağılayan rus qadının üzr istədiyi görünürdü. Rusiya hadisəyə çox sərt reaksiya vermişdi. Bundan sonra milliyyətçi dəstələrdən birinin rəhbəri həbs edilmişdi.

Qırğızıstanda da uşağın döyülməsindən söhbət gedirdi. Cüdo yarışlarında 9 yaşlı rus uşağa təzyiq göstərildiyi iddia edilirdi. Guya onun dini inancı da mübahisə predmeti olmuşdu. Rusiya bu məsələni də reaksiyasız qoymamışdı. Şimal ölkəsinin mətbuatı məsələyə xüsusi diqqət ayırmışdı.

Bizimyol.info

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »