Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb

Yeni satışa çıxan İPhone 13 Pro və 13 Pro Max flaqman smartfonlarının bəzi aksesuarlarla uyğunsuzluğu ortaya çıxıb. Bu barədə İspaniyanın “La Manzana Mordida” bloqu məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, bu iddianı irəli sürənlər “iPhone 13 Pro” alan istifadəçilərin üzləşdiyi problemə əsaslanaraq, belə nəticəyə gəliblər. Son model “iPhone” istifadəçilərindən biri korpusun içində MagSafe Duo simsiz enerji yığma cihazı ilə telefonun enerjisini artırmaq istəyib. Məlum olub ki, yeni smartfonun kamerası qabarıq şəkildə korpusdan çıxır və cihazın enerji doldurmasına mane olub.

Bundan hiddətlənən yeni “iPhone” sahibi deyir ki, bu, telefon istehsalçısının yanlışıdır. Onun sözlərinə görə, istehsalçılar “Apple” seriyasındakı ən bahalı telefonun kamerasını həddindən artıq böyük eləyiblər. Kameranın ölçüsü telefonun enerji yığma korpusuna rahat bağlanmasına imkan vermir: “Halbuki, aksesuarlar mövcud olan smartfonlar üçün nəzərdə tutulur. Bu baxımdan, telefon istehsalçıları da bunu nəzərə almalı və yeni model telefonlar da həmin cihaza uyğun gəlməliydi”.

Oxşar problem yalnız iPhone 13 Pro və 13 Pro Max modellərində müşahidə olunur. iPhone 13 və 13 mini bu cür cihazlarda rahat enerji yığa bilir.

Bu yaxınlarda yeni smartfonları istifadəyə verməklə “Apple” şirkəti həm də qiymət rekordunu yenilədi. iPhone 13 Pro-nun qiyməti 2050 dollar, iPhone 13 Pro Max-ın qiyməti isə 2200 dollardır.

Son xəbərlər
Bütün xəbərlər »