Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri ilə görüşüb
Ceyhun Bayramov Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri ilə görüşüb

Sentyabrın 25-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT TŞ-nin qeyri-daimi üzvü olan Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri ilə görüşüb.

Bizimyol.info xəbər verir ki. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Təhlükəsizlik Şurasının gündəliyində olan və Qoşulmama Hərəkatı üçün xüsusi önəm kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər terrorçuluq və yaranmaqda olan çağırış və təhdidlərə qarşı mübarizə, o cümlədən ədalət və beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi və bu istiqamətdə QH üzv ölkələri arasında birlik və həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin Azərbaycanın Hərəkata uğurlu sədrliyi və ölkə Prezidentinin təşəbbüsü ilə COVİD-19 pandemiyasına qarşı mübarizədə irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu ifadə olunub.

Görüş əsnasında, habelı qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »