Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisi saxlanılıb
Ermənistanda Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisi saxlanılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, yararsız vəziyyətə düşmüş və istifadə müddəti başa çatmış raketləri təchiz etməkdə ittiham olunur. MTX-nin məlumatından məlum olur ki, hələ 2011-ci ildə silah tədarük edən şirkətlərdən biri Müdafiə Nazirliyinə köçürmək məqsədilə aşağ qiymətə 1985-1991-ci illərdə istehsal olunan raketlər alıb.

İstifadə müddəti bitdiyinə görə sursat qəbul edilməsə də, Müdafiə Nazirliyində saxlanılıb. Aviasiya idarəsinin rəisi bir qrup məmurla birlikdə saxta sənədlər vasitəsilə bu raketləri bazar qiymətindən baha qiymətə - 1 100 ABŞ dollarına hərbi şöbəyə satıb.

Ordunun zəruri ehtiyaclarına baxmayaraq, aviasiya idarəsinin rəisi bu raketlər üçün 5,6 milyon ABŞ dolları məbləğində müqavilə imzalayaraq ərizə təqdim edib.

Cinayətdə iştirak edən şəxslərin bütün dairəsinin müəyyən edilməsi və dəymiş ziyanın bərpası üçün əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər
Bütün xəbərlər »