Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov ABŞ-ın yəhudi icmasının nümayəndələri ilə görüşüb
Ceyhun Bayramov ABŞ-ın yəhudi icmasının nümayəndələri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Amerika Yəhudi Komitəsi (AJC) və Amerika yəhudi təşkilatlarının koalisiyasının nümayəndələri ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan hökuməti ilə yəhudi icmaları arasında əməkdaşlığın inkişafından razılıq ifadə olundu, gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən nazir Ceyhun Bayramov əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirdi və ölkəmizdə çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin mövcud olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Cənubi Qafqaz regionundakı son vəziyyət, Azərbaycanın Vətən Müharibəsi və bu müharibənin nəticələri ətrafında geniş fikir mübadiləsi aparıldı. Nazir Ceyhun Bayramov həmsöhbətinə Azərbaycan tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi barədə danışıb.

Komitə nümayəndələri Azərbaycanda yaşayan yəhudilərə göstərilən xoş münasibət, diqqət və qayğıdan məmnunluq ifadə etdilər və bu xüsusda Azərbaycan hökuməti tərəfindən ölkənin yəhudi icmasına göstərilmiş dəstək və qayğıya görə təşəkkürünü ifadə edib. Ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyi bildirilib.

Görüşdə, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »