Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü

Rusiyanın Perm vilayətində universitetdə 6 nəfərin ölümü, 20-dən çox adamın yaralanmasıyla nəticələnən silahlı hücumdan sonra bu vilayətin İstintaq İdarəsinin rəisi intihar edib. Polkovnik Sergey Sarapultsev sentyabrın 23-də özünə qəsd edib.

Bizimyol.info xəbər verir ki, 2018-ci ildən Rusiya İstintaq Komitəsinin Perm İdarəsinə rəhbərlik edən Sarapultsevin ölümündən öncə yazdığı məktub üzə çıxıb. “Kommersant”ın məlumatına görə, 54 yaşlı polkovnik məktubda Allahdan bəzən öz iradəsilə, bəzən də bilməyərəkdən yol verdiyi günahlara görə bağışlanmasını istəyib.

İntihar hadisəsi Rusiya İstintaq Komitəsinin regional bölməsində keçirilən müşavirədən az sonra baş verib. Müşavirədən çıxan idarə rəisi tabeliyində çalışanlara deyib ki, nahardan sonra qayıdacaq. Bir qədər sonra isə onun evdə özünü öldürdüyü məlum olub.

Müşavirədə Perm universitetinə silahlı hücumla bağlı müzakirələr aparılıb. Yayılan məlumatlara görə, müzakirələr zamanı Sergey Sarapultsevi yaxşı istintaq aparılmaması, əhalinin şikayətlərinə vaxtında reaksiya verilməməsinə görə ittiham ediblər. Hətta müzakirələrin yekunu olaraq, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin deyib ki, polkovnik Sarapultsev vəzifəsindən azad ediləcək, səhlənkarlıqla əlaqədar onun ətrafında yoxlamalar aparılacaq. Yoxlamaların yekunu olaraq, o, cinayət məsuliyyətinə cəlb edilməsi də istisna olunmayıb: “Onun ünvanına çoxlu tənqidlər səslənirdi. Onların bir hissəsi də əsassız tənqidlər idi”.

Sergey Sarapultsev özü də sentyabrın 20-də silahlı hücumun baş verdiyi Perm Dövlət Universitetini bitirib. O, 2002-ci ilə qədər vergi orqanlarında xidmət edib. Daha sonra fəaliyyətini prokurorluqda davam etdirib.

Həmkarları onun haqqında təcrübəli, istintaq işini dərindən bilən mütəxəssis kimi danışırlar.

Sentyabrın 20-də səhər saatlarında Perm universitetinə daxil olan silahlı tələbə ətrafdakılara atəş açmağa başlayıb. Nəticədə 6 nəfər ölüb, 20-dən artıq adam yaralanıb. Silahlı hücum edən gənc tutulub. Saxlanılarkən o, ağır yaralanıb. Nəticədə sol ayağı kəsilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »