Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyevin BMT-dəki çıxışı Misir mətbuatında dəc olunub
Prezident İlham Əliyevin BMT-dəki çıxışı Misir mətbuatında dəc olunub

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda təqdim olunan çıxışı Misir mətbuatının diqqət mərkəzindədir.

“Aldiplomasy” portalı azərtac-a istinadla Prezident İlham Əliyevin çıxışının ərəb dilində tam mətnini yayımlayıb. Misirin nüfuzlu “Əxbar Əl Yom” və “Əl Dustur” qəzetlərində dərc olunmuş məqalələrdə isə dövlətimizin başçısının çıxışındakı əsas məqamlar yer alıb.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Qarabağ münaqişəsinin 30 ildən sonra həll edildiyini və tarixi ədalətin, Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu bildirib. Azərbaycanın dövlət başçısı sözügedən münaqişənin artıq tarixə qovuşduğunu və ləğv edilmiş Dağlıq Qarabağ muxtar vilayətinin Qarabağ və Zəngəzur iqtisadi zonalarına daxil olduğunu deyib.

Məqalələrdə Prezident İlham Əliyevin münaqişədən sonrakı vəziyyətlə əlaqədar fikirləri sitat gətirilir: “Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”.

Son xəbərlər
Bütün xəbərlər »