Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taliban şəriət qanunlarını bərpa edir - 4 nəfər edam edilib
Taliban şəriət qanunlarını bərpa edir - 4 nəfər edam edilib
Əfqanıstanda hakimiyyəti ələ krçirən Taliban hərəkatının nümayəndələrinin göstərişi ilə şimal-qərbi Herat əyalətində adam oğurlamaqda günahlandırılan dörd nəfər kütlənin gözü qarşısında edam edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə yerli Aamaj News agentliyi məlumat yayıb.

Ümumi kadrlarda dörd kişinin böyük bir izdiham qarşısında necə asıldığını göstərilir. Radikalların nümayəndələri hadisəni hələ şərh etməyiblər. Buna baxmayaraq hərəkatın qurucularından olan Molla Nuruddin Turabi bir neçə gün əvvəl Associated Press-ə verdiyi müsahibədə Taliban hərəkatının praktikasını davam etdirərək ictimai edamları bərpa etməyi planlaşdırdıqlarını söyləmişdi.

Qeyd edək ki, 1996-2001-ci illərdə Əfqanıstanda Taliban hakimiyyəti dövründə daşqalaq, qol və ayaq kəsmə, asılaraq edam kimi ictimai cəzalar tətbiq olunurdu. Müəyyən cəza növləri ilə bağlı qərarlar, radikalların yaratdığı üç şəriət hakimindən ibarət xüsusi tribunallar tərəfindən verilirdi. Qərarlar "Əfqanıstan İslam Əmirliyi" rəhbərliyinin təsdiqindən sonra həyata keçirilirdi.

Radikalların hakimiyyətdən uzaqlaşdırılmasından sonra Əfqanıstanda ictimai cəza növləri ləğv edildi. Əfqanıstan İslam Respublikası Cinayət Məcəlləsinə əsasən qətl, təcavüz və terror fəaliyyətində günahlandırılan cinayətkarlar üçün tətbiq olunan ölüm cəzası da ləğv olunmuşdu.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »