Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkə vergisi nədir...
Sosial şəbəkə vergisi nədir...

Türkiyədə sosial şəbəkələrdə pul qazananlar da vergi verəcək.

Uzun müddətdir ki, Türkiyədə Vergi Reformu layihəsi hazırlanır. Vergi layihəsinin bir sıra şərtləri də açıqlanıb. Yeni vergi paketinə görə, bundan sonra sosial şəbəkələrdə pul qazanan şəxslər qazandıqlarının 15 faizini vergi verməli olacaq.

Bu gün istər Türkiyədə istərsə də, dünyada çox sayda sosial şəbəkə "influencer"ləri var. İnternetlə pul qazanan və ya əlavə gəlir edən şəxslər, vergiyə cəlb olunacaq. Əvvəllər vergi barədə söz-söhbətlər gəzsə də, bu günlərdə vergi məsələsi qanuniləşdiriləcək. Xəzinə və Maliyyə Nazirliyinin bir müddətdir ki, üzərində işlədiyi Vergi layihəsi ilə gələn bu vergi sadəcə YouTuberlərə deyil, virtual mühitdə pul qazanan hamıya şamil ediləcək. Yaxın günlərdə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə göndəriləcək. Vergi Reform Layihəsində dəyişikliklərin icrasına Rəqəmsal Vergi İdarəsi tərəfindən nəzarət ediləcək. Yəni, sistemi birbaşa rəqəmsal qurum idarə edəcək. Bu sistemlə birlikdə rəqəmsal sahəyə, yəni, elektron dəftər və elektron məlumat tətbiqlərinə daxil ediləcək, vergi ödəyicisi qrupları mərhələli şəkildə artırılacaq . 7/24 xidmət göstərən Rəqəmsal Vergi İdarəsində Rəqəmsal Vergi Asistantı sistemi olacaq. Rəqəmsal Vergi Yoxlama Sistemi inkişaf etdiriləcək və aparılan əməliyyatların müddəti qısaldılacaq.

Bəs sosial şəbəkə istifadəçilərindən vergi necə alınacaq?

Başda YouTuberlər olmaqla, bütün sosial şəbəkə istifadəçilərinin qazanclarının 15 faizi vergi kimi kəsiləcək. Əgər vergi ödəyiciləri əvvəlki dəyişikliklər zamanı vergi ödəyicisi olubsa, onlar xüsusi olaraq vergi verəcək.

Sosial şəbəkələrdə dərs verənlər və yemək proqramları hazırlayanlardan müəyyən izləyici sayı qazananlar izləniləcək. Google və YouTube tərəfindən ödəmə edilənlərdən bu vergi kəsiləcək.

Azərbaycanda da sosial şəbəkələrlə pul qazananlar çoxdur. Vergi Məcəlləsinin 125.1-1 maddəsinə əsasən, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Qanunvericiliyə görə, rezident vergi ödəyicisinin gəliri, onun Azərbaycan Respublikasında və ölkə hüdudlarından kənarda əldə etdiyi gəlir hesabı olunduğundan, sosial şəbəkələr vasitəsilə əldə edilən gəlir sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs, vergi orqanında vergi uçotuna duraraq qanunauyğun qaydada gəlirlərini bəyan etməli, vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir. Vergi Məcəlləsində onlayn formada tədarük edilən xidmət və işlərə görə, 18 faiz vergi tutulur. Yəni, bu xidmətlərə sosial şəbəkələrdə ödənişli reklamlar da daxildir.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »