Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Laçın dəhlizindən 65 minə yaxın maşın, 230 mindən çox adam keçib...”
“Laçın dəhlizindən 65 minə yaxın maşın, 230 mindən çox adam keçib...”

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti 2020-ci ilin noyabrından etibarən Laçın dəhlizindən Qarabağa və geriyə 65 minə yaxın avtomobilin və 230 mindən çox adamın təhlükəsiz gediş-gəlişini təmin edib. Bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sülhməramlıların nümayəndəsi Vasili Davıdovun sözlərinə görə, nəzarət-buraxılış məntəqələrinin işi sutka boyu fasiləsiz davam edir. “Hər bir maşına baxış keçirilir, şübhə yaranarsa hərbçilər onları axtarır. Gün ərzində postdan 200-ə yaxın avtomobil keçir”,-o deyib.

Xatırladaq ki, Azərbaycan da Laçın dəhlizinə vizual nəzarət həyata keçirir. Belə ki, Laçın-Şuşa avtomobil yolu Şuşa şəhəri ətrafındakı Azərbaycan postunun bilavasitə yaxınlığından keçir və nəticədə yoldakı bütün hərəkəti vizual nəzarətdə saxlamaq imkanı var. Eyni zamanda Azərbaycan yola xüsusi vasitələrlə vizual nəzarət həyata keçirir.(virtualaz.org)

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »