Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maşınları əzərək polisdən qaçan avtoxuliqan saxlanılıb - Video
Maşınları əzərək polisdən qaçan avtoxuliqan saxlanılıb - Video

Paytaxtda polislərdən qaçmaq istəyən sürücü bir neçə dəfə paytaxt ərazisində cəmiyyətə hörmətsizlik edərək, yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, yol polisi əməkdaşları yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən sürücü barəsində tədbir görməyə çalışıb:

“Bu zaman şəxs polisə tabe olmayıb. Əksinə baş verən hadisəni daha da gərginləşdirməyə çalışıb. Ətrafdakı sürücülər hadisəyə reaksiya verərək, yol polis əməkdaşına kömək etməyə çalışıblar.

Sözügedən sürücü ətrafda olan bir neçə nəqliyyat vasitəsinə də ziyan vurub. Sürücü saxlanılıb. Hadisə barəsində aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq şəxs barəsində qanunauyğun tədbirlər görüləcək. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə paytaxtda polislərdən qaçmaq istəyən sürücünün digər avtomobillərə zərər vurduğunun görüntüləri yayılıb. Belə ki, 50-ED-532 dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobilin sahibi polislərin dayan əmrinə tabe olmayıb.

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »