Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında yaranmış insidentə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, həmin zaman polis əməkdaşları vətəndaşı döyməyiblər.

O deyib ki, polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar: “Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Hazırda araşdırmalar aparılır.

“Videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil. Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb".

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşlarının vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. İddia edilir ki, polislər həmin şəxsi məktəbli övladlarının gözü qarşısında saxlayarkən döyüblər.

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »