Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb

Avropa İttifaqının pozitiv təsiri onun yaxın qonşuluğunda olan ölkələrdə güclənib.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib.

Bildirib ki, bu, uzunmüddətli öhdəliklərin götürüldüyü “Şərq Tərəfdaşlığı” proqramı sayəsində mümkün olub.

“Gördüyünüz kimi, bizim pozitiv təsirimiz yaxın qonşuluğumuzda güclənib. Bu, bizim Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycanla uzunmüddətli öhdəliyimizin oluğudu “Şərq Tərəfdaşlığı” sayəsindədir. Bu, həmçinin bizim dəstəyimiz sayəsindədir”, - deyə Ş.Mişel bildirib.

Son xəbərlər
Bütün xəbərlər »