Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərədə ərzaq çatışmazlığı: Təhlükə yarana bilər
İngiltərədə ərzaq çatışmazlığı: Təhlükə yarana bilər

Braziliya Prezidenti Jair Bolsonaro, İngiltərənin Baş naziri Boris Jonsonun İngiltərədə çatışmayan ərzaq tədarükü ilə əlaqədar "təcili" müqavilə bağlamaq istədiyini söyləyib. Bu məlumatı Reuters paylaşıb.

Məlumatda deyilir: " O, İngiltərədə çatışmayan ərzaqları idxal etmək üçün bizimlə təcili bir müqavilə bağlamaq istəyir" dedi.

Bolsonaronun sözlərinə görə, o, bu tələbi ölkəsinin Kənd Təsərrüfatı naziri Teresa Cristinaya çatdırıb.

Son həftələrdə təbii qaz qiymətlərinin artması səbəbindən İngiltərədəki bəzi gübrə zavodları bağlanıb. Nəticədə pivə və qazlı içkilərə qaz əlavə etmək, quş və donuz əti istehsalında lazım CO2 çatışmazlığı yaranıb.

İngiltərə hökuməti, ət istehsalındakı çatışmazlığın qarşısını almaq üçün təcili hökumət dəstəyini artırıb .

Jonson İngiltərədən viski idxalını artırmağa kömək edilməsini də istəyib. Lakin Bolsonaro bunun Britaniya hökumətinin deyil, özəl bizneslə əlaqəli olduğunu əsas gətirərək imtina etməli olub.

Britaniyada təkcə qaz qiymətlərinin yaratdığı bu ərzaq çatışmazlığı böhranı əslində Avropanın enerji təhlükəsizliyinin nə dərəcədə zəif olduğunu göz önünə sərir. Həm də təkcə Avropada deyil, bir zəncirin halqaları kimi bir – birinə dolaşmış bütün dünyada. Bu gün 27 Avropa ölkəsinin qatıldığı iclasda ispaniya Rusiyadan qaz asılılığının azaldılması üçün məxfi plan təqdim edib. Bu mənada Avropanın Azərbaycana lazımi dəyər verməsinin zamanı çoxdan çatıb. Lakin hələki sisyasi maraqlarla onun enerji təhlükəsizliyini təmin etməyə hər zaman hazır olduğunu deyən bir dövləti kirli siyasi çıxarlar uğrunda gözardı etməzdi.

İlhamə, Bizimyol.info

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »