Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzəb insan üçün vacib duyğudur
Qəzəb insan üçün vacib duyğudur

"Duyğularımız həyatda qalmağımız üçün vacib olmasaydı, atrofiyaya uğrayardı. Necə ki, bir zamanlar quyruğumuzu itirdik ”, - Stanford Universitetinin psixoloqu və tədqiqatçısı Johan Bjureberg belə deyir.

.Linkoping Universitetinin tədqiqatçıları ilə iki ildir ki, insan qəzəbinin fayda və zərərlərini öyrənir. Elmi işin nəticələri çox tezliklə nəşr olunacaq. Bu tədqiqatlarda çoxlu sayda insan iştirak etmək istədi.

Johan Buereberg deyir: Bir çox insanlar üçün qəzəb mənfi bir şeydir. Ancaq qəzəb yalnız bir hissdir . Hissin özünə necə reaksiya verdiyimizi və bu hissin arxasında duranların öhdəsindən necə gəldiyimizi ayırd etmək lazımdır. Bir insan hirsini təhdid və ya zorakılıqla ifadə edərsə, bu bir qarışıqlıqdır. Qəzəb, qorxu və ya kədər nəticəsində yaranan daxili gərginliyi aradan qaldırdığınız üçün qısa müddətdə işə yarayacaq. Ancaq uzun müddətdə əlaqələrinizi pozacaqsınız" .

Karolina İnstitutundan Hanna Salin isə deyir ki, problem, qısa müddətdə işləyən davranışların gücləndirilməsindədir.

"Əsəbiləşəndə ətrafdakılardan istədiyimizi daha tez ala bilirik, istədiyimizə çatırıq, buna görə özümüzü həssas hiss etməkdənsə qəzəblənmək beynimizə daha əlverişli görünür. Zəif və ya güclü emosional impulslarla doğula bilərik, ancaq inkişaf prosesində onları dinləməyi və onlara fərqli davranmağı öyrənirik".

"Qəzəblənmək, amma buxarı çıxara bilməmək və ya bacarmamaq çox dözülməzdir."

Bəzən qəzəblənməyi bilməyən insanların da yardıma ehtiyacı var. Çox vaxt çox çətin bir həyat yaşayırlar, başqaları tərəfindən asanlıqla boğulurlar və özləri də səsini necə eşitdirməyi bilmirlər". Johan Buereberg deyir ki, qəzəbin içində inanılmaz bir güc gizlənir və düzgün istifadə olunarsa bizə çox kömək edə bilər. Qəzəb bizə güc verən və maneələri aşmağa, müqavimətin öhdəsindən gəlməyə imkan verən bir hissdir.

Qəzəbinizdən istifadə edərək əhəmiyyətli dəyişikliklər etməyə çalışmaq lazımdır. Tarix boyu haqsızlığa qarşı qəzəbini boğa bilməyən fərdlər bütün insanlıq üçün önəmli addımlar atmışlar. əsas odur ki, öz qəzəbinə nəzarət edə biləsən, qəzəbin əsirinə çevrilməyəsən. Qəzəbini kontrol altına almağı yalnız iradəli və güclü insanlar bacarır. Tess Asplundun 2016-cı ildə Burlangda nümayiş keçirən neo-nasistlərin qarşısında yumruğunu yüksək tutduğunu göstərən bu fotoşəkili ilə dünyaya səs salmağı bacardı.

Tərcümə etdi: İlhamə, Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »