Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Aqroservis" ASC-nin yüksək vəzifəli əməkdaşlarına qarşı ağır ittihamlar
"Aqroservis" ASC-nin yüksək vəzifəli əməkdaşlarına qarşı ağır ittihamlar

“"Aqroservis" ASC-nin yüksək vəzifəli əməkdaşı Aqşin Balabəyov, Ucar Aqroservizin direktoru Nadir Rzayev və Texniki Nəzarət müfəttişi Ağaisa Əliyev iki ailəni aclığa məhkum ediblər”.

Bu fikirləri Ucar rayonu Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Həmidov Elnur Maqsud oğlu Bizimyol.info saytına bildirib. Şikayətçilərin sözlərinə görə, şum və əkin işləri başladığı üçün müqavilə ilə traktor götürmək itəsələr də, direktor Nadir Rzayev buna icazə vermir.

“Buna görə "Aqroservis" ASC-nin məsul vəzifəli əməkdaşı Aqşin Balabəyli ilə əlaqə yaratdəqda dedi ki, problem yaradan şəxslərə texnika verilməyəcək. Biz hansı problemi yaratmağımızı soruşduqda bildirdi ki, bu il Ucar rayonu əvəzinə başqa rayonda taxıl biçimində iştirak etmisiniz, bu qanuna ziddir. Biz ona bildirdik ki, bu il Ucar rayonunun Alpout, Rəctəcə, Kirovkənd, Bərgüşad və Qulabənd kəndlərində taxıl biçinində iştirak etdikdən sonra Ucar rayonu Aqroservisin direktoru Nadir Rzayevdən razılıq alaraq Oğuz rayonuna getmişik.

Ucar Kənd Təsərrüfatı Texnikalarına texniki müfəttişi Ağaisa Əliyev nazirliyin əməkdaşlarına yalandan məlumat verib bildirb ki, guya biz kombaynı oğurlayıb Oğuz rayonunda işlədirik. Ancaq hansı ki, kombaynı qanuna uyğun müqavilə əsasında işlədirik. Buna dair sənədlərimiz var”.

Şikayətçi Həmidov Elnur Maqsud oğlunun sözlərinə görə, Nadir Rzayev onun adından müqavilə bağlayıb, özü imza edib və texnikanı başqa şəxsin istifadəsinə verib.

Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova, Bizimyol.info saytına açıqlaması zamanı bildirib ki, Ucar rayonu Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Həmidov Elnur Maqsud oğlunun şikayətləri reallığı əks etdirmir.

“Reallıq isə bundan ibarətdir ki: Şikayətçilərdən biri Ucar rayonu, Qulabənd kənd sakini Həmidov Elnur Maqsud oğlunun verdiyi məlumata əsasən saytlarda yazılanlardan ümumiyyətlə, xəbərinin olmamasını və heç bir sayta şikayətlə müraciət etmədiyini bildirib.

Digər şikayətçi Ucar rayonu, Qulabənd kənd sakini Rəhimov Yasin Akif oğlu isə cari ilin taxıl biçini mövsümündə taxılyığan kombaynın müqavilə əsasında onun müvəqqəti istifadəsinə verilməsi ilə əlaqədar “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Ucar Rayon Bölməsinə müraciət etmişdir. Müraciət nəzərə alınaraq 2021-ci ilin 26 may tarixində “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Ucar Rayon Bölməsi ilə Rəhimov Yasin Akif oğlu arasında qanunvericiliyin tələblərinə əməl edilməklə müqavilə bağlanıb. Müqavilənin şərtlərinə əsasən texnikanı icarəyə götürən mexanizator taxıl biçini mövsümündə ilk öncə həmin rayonun arpa, sonra buğda sahələrini biçməlidir. Daha sonra taxıl biçini ilə bağlı “Aqroservis” ASC-nin verdiyi dislokasiya planına uyğun olaraq digər rayonlarda biçinə göndərilə bilər. Lakin Rəhimov Yasin Akif oğlu 19 iyun 2021-ci il tarixində onunla bağlanan müqavilənin şərtlərini və dislokasiya qaydalarını pozaraq, heç bir məlumat vermədən biçin aparılan ərazini və Ucar rayonunu tərk edərək, Oğuz rayonuna gedib. Həmin zaman Ucarda biçinin ən qızğın düvrünə təsadüf edirdi və kombaynlara xüsusi ehtiyac var idi. Rəhimov Yasin Akif oğlunun Ucar rayonundakı biçin sahələrini tərk etməsi biçinin ləngiməsinə, növbəliliyin pozulmasına, fermerlərin narazılığına və çox saylı şikayətlərə səbəb olmuşdur. Bu səbəblə əraziyə göndərilən Ucar rayon bölməsinin rəhbərinin, DAİM-in və texniki nəzarət sektorunun əməkdaşlarının yenidən Ucara getməsi ilə bağlı Rəhimov Yasin Akif oğluna etdikləri müraciətlərinə də əməl etməyib. Məsələ ilə əlaqədar, kombaynın Rəhimov Yasin Akif oğlundan geri alınması ilə bağlı Oğuz rayon polisinə məlumat verilib.

Bütün bunları nəzərə alaraq, Rəhimov Yasin Akif oğlunun intizamsız davranışlar sərgiləməsi, müqavilə öhdəliklərinə məhəl qoymaması, fermerlərin mənafeyinə zidd hərəkətlər etməsi səbəbindən onunla əməkdaşlığın dayandırılması və “Aqroservis” ASC-dən bundan sonra texnika verilməməsi qərara alınıb”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »