Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyan öz ölkəsini düşünürsə, İlham Əliyevin çağırışlarına müsbət cavab verməlidir”
“Paşinyan öz ölkəsini düşünürsə, İlham Əliyevin çağırışlarına müsbət cavab verməlidir”

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.

Bizimyol.info rəsmi mətbuata istinadən xəbər verir ki, Prezident öz çıxışında COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın atdığı addımlar və Azərbaycanın başqa ölkələrə də humanitar yardımlarından söz açıb.

Prezident həmçinin 44 günlük müharibə və Ermənistanla münasibətlər barədə də bəzi mühüm məqamlara toxunub: “Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik.

Sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.

Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcək”.

Prezidentin çıxışını şərh edən Milli Məclisin deputatı, iqtisadçı-alim Vahid Əhmədov bildirib ki, dövlət başçısı Azərbaycanın hansısa dövlətə qarşı aqressiya siyasəti yeritmədiyini, ölkəmizin sülhə hazır olduğunu ifadə edib.

Vahid Əhmədov - Deputat Vahid Əhmədov

“Bu sülhün bərqərar olması üçün isə ilk növbədə Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınmalıdır. Daha sonra isə status söhbəti olmamalıdır. “Dağlıq Qarabağ” anlayışı yoxdur, Azərbaycanda “Şərqi Zəngəzur” və “Qarabağ” adlı iqtisadi rayonlar var. Başqa bir ərazi bölgüsü, yaxud status müzakirəsi aparılmasına ehtiyac yoxdur. Üçüncü məqam isə Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Prezident də vurğulayıb ki, Ermənistanla münasibətlərin normallaşması üçün bu dəhlizin açılması vacibdir. Bu dəhliz təkcə Azərbaycan üçün yox, Ermənistan üçün, Rusiya və İran üçün də əhəmiyyət daşıyır. Əgər regiondakı ölkələr arasında qarşılıqlı hörmət təmin olunsa, yaranacaq şəraitdən hər kəs qazanclı çıxacaq. Xüsusilə də, Ermənistan. Bu dövlət illərdir yürütdüyü işğalçı siyasəti nəticəsində yox olmaq təhlükəsi ilə üz-üzə qalıb, ordusu və iqtisadiyyatı məhv olub. Əgər Ermənistan hakimiyyəti az da olsa öz ölkəsinin mənfəətini düşünürsə, mütləq İlham Əliyevin çağırışlarına müsbət cavab verməli, öz öhdəliklərini yerinə yetirməlidir”, - deyə deputat V.Əhmədov əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Rusiya Telman İsmayılovun ekstradisiyasını tələb edib
››› Türkiyədə dolların rekord bahalaşması Azərbaycana təsir edəcəkmi...
››› Putin Azərbaycan və Ermənistan rəhbərlərinin çıxışlarına münasibət bildirib
››› Lotereyada udacağını yuxuda gördü və milyonçu oldu
››› Ermənistanın cinayət ortağı ifşa olundu
››› 40 yaşlı kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
››› Məsciddə partlayış törədilib, ölənlərin sayı 30 nəfərdən çoxdur
Son xəbərlər
Bütün xəbərlər »