Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qırmızı ürəklər”in saytı təqdim edildi
“Qırmızı ürəklər”in saytı təqdim edildi

“Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondunun rəsmi İnternet saytı təqdim edildi. Artıq www.redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

Xeyriyyə işlərinə ianələr etmək istəyənlər vəsaiti sayt vasitəsilə, heç yerə getmədən onlayn formada fondun hesabına köçürə bilərlər. Bundan başqa sayt vasitəsilə fondun əməkdaşlarına müraciətlər ünvanlamaq mümkündür. Saytda şəffaflığı təmin etmək üçün statistik məlumatlar dərc olunur: toplanılan məbləğ, həyata keçirilən kampaniyaların sayı, ianə edən fiziki və hüquqi şəxslərin, yardım edilən insanların, həmçinin “Qırmızı ürəklər” könüllülərinin sayı və s.

“Qırmızı ürəklər”in saytı təqdim edildi

Sayt təqdim olunarkən fond tərəfindən yeni yardım aksiyasına başlanıb. 4 oktyabr – Ümumdünya heyvanların mühafizəsi günü ərəfəsində “Pəncəli ürəklər” adlı aksiya çərçivəsində toplanılan ianələr şəhərin sahibsiz heyvanlarının qida və müalicə ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Əgər siz də bu xeyirxah təşəbbüsə vəsait ayıraraq töhfə vermək istəyirsinizsə, www.redhearts.az saytına daxil olub ianə edə bilərsiniz.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Xeyriyyə Fondu kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.

Paylaş »
››› Türkiyədə dolların rekord bahalaşması Azərbaycana təsir edəcəkmi...
››› Putin Azərbaycan və Ermənistan rəhbərlərinin çıxışlarına münasibət bildirib
››› Lotereyada udacağını yuxuda gördü və milyonçu oldu
››› Ermənistanın cinayət ortağı ifşa olundu
››› 40 yaşlı kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
››› Məsciddə partlayış törədilib, ölənlərin sayı 30 nəfərdən çoxdur
››› Müdafiə Nazirliyi açıqlama yaydı
Son xəbərlər
Bütün xəbərlər »