Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özümüzü necə aldatdığımızı göstərən utandırıcı araşdırma
Özümüzü necə aldatdığımızı göstərən utandırıcı araşdırma

Köməyə ehtiyacı olan birini gördüyümüz zaman ağlımızdan ilk olaraq ona kömək etmək keçir. Ən azından belə düşünməliyik. Əgər belədirsə, niyə hələ də bu qədər möhtac insan var?

Özünüzü necə aldatdığınızı görməyə hazır olun!

İnsanlar ümumiyyətlə, yaşamaq üçün nə lazımdırsa, etməyə proqramlanıb. Başqa sözlə desək, yaşaya bilmək bizim üçün ən önəmli olanlara... Özümüzü qorumaq və yaşaya bilmək üçün əlimizdən gələni edirik.

Bəs başqaları üçün?

Öz yaşamağımızı düşündüyümüz kimi başqalarının da həyatlarını düşünürük. Hətta bir çoxumuz beynimizdə super qəhrəman hekayələri də qurmuşuq. Müəyyən hadisə ilə qarşılaşacağımız zaman hansı reaksiya verəcəyimizi də təxmin edirik. Bəs bu vəziyyət əslində reallığı əks etdirməyib, istinktlərimizin tərsinə olarsa...

Nə haqqında danışdığımızı bir misal ilə açıqlayaq. 1964-cü ildə bir cinayətə nəzər salaq:

1964-cü il martın 13-də Kitti Genovis adlı bir qadın evinin qarşısında öldürüldü. Avtomobilini evindən bir neçə metr geridə saxlayan qadın, başına gələcəklərindən xəbərsiz şəkildə evinə doğru addımlayırdı. Elə bu zaman, Vinston Morseley adlı biri onun arxasınca düşməyə başladı. Kitti Genovis evinə girməmişdən əvvəl, Viston Moseley tərəfindən iki dəfə bıçaqlandı. Ağrı güclü olduğu üçün qadın qışqırmağa başladı. Bu zaman hadisəyə şahid olan biri "Qadını burax" deyə qışqırdı. Vinston bunu eşidən zaman Kittini qan içində buraxaraq hadisə yerindən uzaqlaşdı.

Bir insanın belə bir vəhşi addımı necə atdığını düşünürsünüz, eləmi? Qüsursuz bir dünyada yaşasaydıq, hər şey bununla bitərdi. Amma təəssüf ki, yaşadığımız həyat qüsursuz deyil.

Bir şahid Vinstonun avtomobili ilə hadisə yerindən uzaqlaşıb 10 dəqiqə sonra geri qayıtdığını qeyd etmişdi. Qadının hələ də yerdə olduğunu görən cinayətkar yaralı qadını bir neçə dəfə yenidən bıçaqladı. Bundan sonra qadının pulunu oğurlayıb təcavüz etdi. Kittinin qonşularından biri həmin vaxt polis və Təcili Yardım çağırmışdı. Ancaq polis və Təcili Yardım gəldiyi zaman artıq gec idi.

Bəs bütün olanların psixologiya ilə nə əlaqəsi var?

Cinayət olan zaman 38 ev olan məhəllədə hamı cinayətin baş verdiyindən xəbərdar olsa da, kimsə yardıma ehtiyacı olan qadını qurtarmaq üçün heç bir addım atmadı. Bu vəziyyətdə sizcə qadının bütün qonşuları həmin cinayətə ortaq olmadımı? Daha önəmlisi, niyə hadisəyə sadəcə olaraq müşahidəçi olaraq qaldılar?

İki sosial psixoloq Bibb Laten və Con Darli bu sualın cavabını tapmaq üçün Müşahidəçi Təsiri Araşdırması adına bir araşdırma apardılar. Əvvəlcə universitet tələbələri arasında təcrübə iştirakçıları seçdilər. Tələbələrə öz aralarında şəxsi problemlərini müzakirə etmək tapşırıldı. Ancaq tələbələrin hər biri özünə aid bir otaqda olacaq və danışıqlar mikrafonla həyata keçiriləcəkdi. Hər tələbəyə özü haqqında danışmaq üçün 2 dəqiqə vaxt verildi. Bir tələbə danışdığı zaman digər tələbələrin mikrofonları susduruldu. İştirakçıların fərqində olmadığı vəziyyət isə dinlədikləri danışığın öncədən qeydə alınması idi.

İştirakçılar 5 qrupa ayrıldı. Bu qruplar bir-birindən fərqli idi.

Birinci qrupda olanlar sadəcə bir nəfərin səsini dinləyirdi. Qrup nömrəsi ilə dinlənən səs qeydi eyni sayda idi. İkinci qrupdakılar 2 səs qeydi, 3-cülər 3, 4-cülər 4 və ən sonda beşinci qrupdakılar 5 səs qeydi dinləyirdilər. Unutmayın ki, tələbələr səslərin öncədən yazılmış olduğunu bilmirdi.

Səs qeydlərinin birində tələbələrdən biri epilepsiya böhranından danışmışdı. Səs yazısının əvvəlində tələbə epilsepsi problemindən danışır, böhranların ölümcül olduğunu qeyd edirdi. Yazının sonunda tələbənin epilepsiya böhranı başlayırdı.

"Mənnnn böhran kömək et, nəfəs.... ala bilmirə..... mənə kömək edin.... ölürəm"....

İştirakçılar həmin şəxsi görmədiyi üçün vəziyyətin quraşdırma olduğunu bilmirdi. Burada araşdırmaçılar digər iştirakçıların reaksiyasına diqqət edirdi. Görəsən, otaqlarından çıxıb dostlarına yardım edəcəklərmi?

İştirakçıların ancaq 31 faizi yerindən qalxıb, telefonla kömək çağırdı. 69 faiz iştirakçı isə sadəcə, hadisəni dinlədi. Narahat olsalar da, heç nə etmədilər. Sadəcə 1 nəfərin səs yazısı dinləyən qrupda isə bu səviyyə 85 faiz idi. Yəni, bir insan bir hadisəyə təkbaşına şahid olduğu zaman daha çox yardım etmək istəyir.

Başqa sözlə desək, təcili bir vəziyyətdə bir qrup içindəsinizsə, köməyə ehtiyacı olan şəxsə yardım etmək səviyyəniz azalır. Ancaq köməyə ehtiyacı olan şəxsi tək gördüyünüz vaxt daha çox yardım etmək istəyirsiniz. Bu zaman əslində isntinkt olaraq heç birimizin super qəhrəman olmadığı ortaya çıxır.

Kütləvi qruplarda, kütləvi yerlərdə başqa birinin müdaxilə edəcəyini düşündüyümüz üçün daha az özümüzü məsuliyyətli hiss edirik... Mütləq biri yardım edəcək, deyilmi?

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »