Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ödədiyim 267 manat rüsuma baxmayaraq qaz sayğacını quraşdırmaqdan imtina edirlər”
“Ödədiyim 267 manat rüsuma baxmayaraq qaz sayğacını quraşdırmaqdan imtina edirlər”

Oğuz şəhəri, H.Əliyev prospekti 24-də yaşayan Seyidov Xalid Tofiq oğlu tərəfindən Bizimyol.info-ya şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, qaz idarəsinin işçiləri sayğacı quraşdırmazdan əvvəl 200 manat pul tələb ediblər ki, yoldan evə qədər olan məsafəyə qaz çəksinlər.

“Dedilər ki, evə çəkiləsi 15-lik qaz borularını da öz hesabına almalısan. Bu da təxminən 470 manat edir. Dedim yoxumdur axı. Siz təkcə mənim evimin yola yaxın olan və qaz xəttindən 4 m məsafədəki mətbəximə qaz çəkin, sayğac qoyun mən də sizin əziyyətinizə görə 30-40 manat evdə saxladığım çörəkpulunu sizə verərəm. Qalan hissəyə sonradan turba alıb özüm quraşdıraram. Amma razılaşmadılar. Sayğacı yenidən donquldaya-donquldaya aparıb getdilər”.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bizimyol.info-ya açıqlama verərək bildirib ki, sayğacdan evə qədər olan qaz xəttini vətəndaş öz hesabına çəkməlidir.

“Küçə xəttini "Azəriqaz" İstehsalat Birliyi öz hesabına çəkir. Daha sonra vətəndaşlar sayğacla bağlı ASAN Kommunala müraciət edirlər.

Bu layihələndirmənin həyata keçirilməsi üçün dövlət rüsumu var. Həmin məbləğ ödənildikdən sonra 20 iş günü müddətinəhəmin layihələndirmə prosesi başa çatır və vətəndaşın sayğac məsələsi öz həllini tapır”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »