Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da sərhədçilərə mühacirləri qamçı ilə qovmaq qadağan edilib
ABŞ-da sərhədçilərə mühacirləri qamçı ilə qovmaq qadağan edilib

Mətbuatda ABŞ Sərhəd Xidmətinin agentlərinin Meksikadan Amerika ərazisinə girməyə çalışan Haitidən olan qanunsuz miqrantları qamçılayaraq Rio Grande çayına doğru qovulduqları anların görüntülərı yayılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Paylaşılan görüntülərdə sərhədçilərin atlı olduqları və qamçıdan istifadə etdokləri görüntülənib. Sosial media istifadəçilərinə görə, hadisənin görüntüləri onlara Amerikadakı köləlik dövrlərini xatırladıb.

Ağ Evin sözçüsü Cen Psaki də, ABŞ-ın Texas sərhədində baş verən hadisənin kontekstdən asılı olmayaraq qəbuledilməz olduğunu söyləyib:

"Videonun bir hissəsini gördüm. Tam təfərrüatları bilmirəm, amma hansı kontekstin bunu əsaslandıracağını təsəvvür edə bilmirəm. Əlavə məlumatım yoxdur və bu kadrları görənlərin vəziyyəti məqbul qiymətləndirəcəyini düşünmürəm".

ABŞ Daxili Təhlükəsizlik Departamentində hadisə ilə əlaqədar istintaq başladıldığı bildirilib.

ABŞ qanunsuz miqrantları Texasdakı Rio Grande çayına qovan amerikalı sərhədçilərin hərəkətlərini araşdırır.

Kovboy şapkası və şapka (şalvar) geyinən sərhədçilər qanunsuz sərhədi keçmək istəyən mühacirlərə qarşı qamçıdan istifadə edirərək onları geri qaytarmağa çalışıblar. İzdihamda çoxlu qadın və uşaq olduğu bildirilib. 23 sentyabrda baş vermiş bu hadisə ilə əlaqədar  Texas sərhədində atlı patrul xidməti müvəqqəti olaraq ləğv edilib.

ABŞ Sərhəd Xidmətinin rəisi Raul Ortiz, sərhədçilərin davranışlarına hüquqi qiymət veriləsi üçün hadisənin araşdırıldığını söyləyib.

Onun sözlərinə görə, xidmət işçiləri miqrantları qaçaqmalçılardan ayırmağa çalışaraq çətin şəraitdə işləyirlər: “Sərhədlərimizi keçməyə çalışan və ya belə planlar quran miqrantlar bilməlidirlər ki, ABŞ -a miqrant qəbulunu qadağan edən qərar qüvvədədir. Biz "Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin" (CDC) 42 saylı əmrinə hələ də əməl etmək məburiyyətindəyik və sərhədi qanunsuz keçən şəxslər ölkələrinə geri göndəriləcək ”.

Bizimyol.info

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »