Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aktiv koronavirus xəstəsi olan tibb işçisi yaşayış yerini tərk edib
Aktiv koronavirus xəstəsi olan tibb işçisi yaşayış yerini tərk edib

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yardımlı rayon sakini A.Təhməzova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılması təmin edilib.

Faktla bağlı Yardımlı RPŞ-nin istintaq qrupunda araşdırma aparılır

Qeyd edək ki, A.Təhməzov tibb işçisidir və Yardımlı Rayon Rayon Xəstəxanasının cərrahiyə şöbəsində feldşer işləyir

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
Son xəbərlər
Bütün xəbərlər »