Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mövlud Çavuşoğlu: "Ermənistan şərtlərə əməl etsə, Azərbaycan və Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər"
Mövlud Çavuşoğlu: "Ermənistan şərtlərə əməl etsə, Azərbaycan və Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər"

"Nikol Paşinyan Ermənistanın Baş naziri seçildikdən və hökuməti qurduqdan sonra pozitiv mesajlar verdi. Prezident Rəcəp Tayyip Ərdoğan da ona müsbət qarşılıq verdi".

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "report"un ABŞ bürosuna eksklüziv müsahibəsində "Türkiyə ilə Ermənistan arasında yaxın vaxtlarda danışıqların başlanılması gözlənilirmi?" sualını cavablandırarkən deyib.

"Ancaq biz bundan sonra atılacaq addımlar mövzusunda Azərbaycanla bərabər hərəkət edirik. Bizim arzumuz münasibətlərin normallaşmasıdır. Əlbəttə ki, Ermənistanın da bu mövzuda addım atması lazımdır. Azərbaycanın Ermənistana bir sülh müqaviləsi təklifi oldu. Hesab edirəm ki, bununla bağlı da müzakirələrinin başlanması faydalı olardı. Aydındır ki, biz bu mövzuda Azərbaycanla koordinasiyalı şəkildə addımlar atacağıq və şərtlərə əməl olunarsa, həm Azərbaycan, həm də Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər. Ancaq Ermənistanın bu mövzuda sadəcə sözdə deyil, nəticə verən və görünən addımları atması lazımdır", - Türkiyə XİN başçısı vurğulayıb.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »