Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: "Dunyada yeni soyuq müharibə təhlükəsi var"
Nazir: "Dunyada yeni soyuq müharibə təhlükəsi var"

Beynəlxalq münasibətlərin hazırkı vəziyyəti dünyanı yeni "soyuq müharibə" vəziyyətinə qaytara bilər.

Bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Macarıstanın baş diplomatı pandemiyanın yaratdığı çoxsaylı problemlərlə yanaşı, eyni zamanda ölkələrin bir-birindən daha çox asılı vəziyyətə düşdüyünü qeyd edib.

"Bir-birimizdən asılı olan dünyada yaşayırıq, buna görə də Şərq və Qərb arasında əməkdaşlığın daha çox hörmətə əsaslanacağına ümid edirdik. Təəssüf ki, yeni "soyuq müharibə" təhlükəsini görürəm", - Siyarto vurğulayıb.

Nazir qeyd edib ki, Çin və ABŞ kimi ölkələr arasında ticarət dövriyyəsinin artmasına baxmayaraq, qarşıdurma getdikcə artır.(report)

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »