Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ANAMA: "Ermənistanın mina xəritələrini verməməsi bərpa-quruculuq işlərinə maneə yaradır"
ANAMA: "Ermənistanın mina xəritələrini verməməsi bərpa-quruculuq işlərinə maneə yaradır"

İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində növbəti görüşü Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində birgə həyata keçirəcəkləri faktaraşdırıcı missiya və tarixi-mədəni abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı ANAMA-nın sədri Vüqar Süleymanovla görüşən qonaqlar ərazilərin minalardan təmizlənməsi mövzusunda geniş müzakirələr aparıblar.

ANAMA-nın sədri Ermənistanın mina xəritələrini təqdim etməməsinin nəticəsi olaraq, insanların həyat və sağlamlığında yaratdığı ciddi təhlükələri diqqətə çatdırıb.

Görüşdə bildirilib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından uzun müddət keçməsinə baxmayaraq, Ermənistan tərəfindən mina xəritələrini təqdim etməməsi səbəbindən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində maneələr yaranır.

Qeyd edək ki, faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti işğaldan azad edilmiş bölgələrə səfər edəcəkdir.

Son xəbərlər
Bütün xəbərlər »