Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Qvardiyada görüş
Milli Qvardiyada görüş

Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin 27 sentyabr Anım günü ərəfəsində Prezidentin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi hissəsində ikinci Qarabağ müharibəsinin qaziləri ilə görüş keçirildi.

Öncə Milli Qvardiyanın hərbi hissəsində Ümumilli lider Heydər Əliyevin xatirəsini yad edildi, büstü önünə gül dəstələri qoyuldu. Daha sonra Heydər Əliyev muzeyi ilə tanış olan tədbir iştirakçıları Şərəf otağında oldular.

Şəhidlərimizin xatirəsinin yad edilməsi və dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirin rəsmi hissəsində 44 günlük zəfər tarixini rəşadətlik nümunəsi göstərərək yazan oğullarımızın şanlı döyüş yollarından danışdılar. Tədbiri açıq elan edən təşkilatçı “Hərbi and” qəzetinin baş redaktoru, “Tərxis olunmuş gənclərin maarifləndirilməsi” İctimai Birliyin sədri Emin Həsənli Azərbaycanın şanlı tarixindən və müharibədə ordunun əldə etdiyi nailiyyətlərdən söz açdı: “Ali Baş Komandan cəmi 44 günə ədaləti bərpa etdi. Təbii ki, ordu da güc- qüvvə ilə yanaşı təbliğat da böyük rol oynadı. Orta məktəbdə təbliğat müəllimin üstünə düşürsə, orduda da təbliğat zabitlərin üstünə düşürdü”.

Azərbaycan Respublikasının Dövlət Himni barəsində söz açan Emin Həsənli himnin sətiraltı mənalarını tədbir iştirakçılarının diqqətinə bir daha çatdırdı.

Vətən müharibəsi qaziləri də çıxışlarında qeyd etdilər ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Gücümüz qarşısında aciz qalan tarixi düşmən hərbi kaputilyasiyasıyaya məcbur edildi. Bu ümumillikdə bir yumruq kimi birləşən xalqımızın və dövlətimizin qələbəsi idi. Prezidentin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının müddətli həqiqi hərbi qulluqçularına müharibədə əsgərlərin göstərdiyi şücaətlərdən, misilsiz qəhrəmanlardan söz açan qazilərimiz müharibənin zərbə qüvvəsinin məhz əsgərlər olduğunu vurğuladılar.

Qvardiya emin (1)

XTQ kapitanı Famil Məlikov müharibədə ordumuzun şücaətindən, qəhrəmanlığından söz açaraq verilən döyüş əmrini tam yerinə yetirilməsini qürur hissi ilə söylədi.

XTQ kapitanı Elvin Məmmədov döyüşdə ermənilərin hiylələrindən, ordumuzun keçirtdiyi uğurlu əməliyyatlardan söz açaraq düşmənin həm şəxsi heyət baxımından həm də texnika cəhətdən ciddi şəkildə itki verdiyini vurğuladı. Bu uğurların arxasında vətənpərvərlik hissinin və ciddi şəkildə döyüş hazırlığının olduğunu dedi.

XTQ baş giziri Əvəz Bani-Paşa tədbir iştirakçılarını salamlayaraq onlara xidmətlərində uğur arzuladı. Onlara şəhid olmuş döyüş yoldaşlarının şücaətindən danışaraq bu şanlı qələbədə şəhidlərimiz rolunu qeyd etdi: “Döyüş yoldaşı itkisinin ağırlığı olsa da onlar ölməyiblər hər zaman qələbimizdə yaşayırlar. Dünən bir masada oturduğun insan bu gün yanında yoxdu. Amma onun qanı yerdə qalmayıb. Qələbə qazanmışıq. O, cənnətdədir, bu mənim təsəllimdir” – deyərək Əvəz Bani-Paşa çıxışını yekunlaşdırdı.

XTQ baş giziri Mahir Məmmədov Azərbaycan ordusunun keçdiyi o çətin yollardan, “Keçilməz sədd” adlandırılan Ohanyan səddinin alınmasında söz açaraq qəhrəmanlar haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Çıxışını Ulu öndər Heydər Əliyevin “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm mən Azərbaycanlıyam!” sözüylə yekunlaşdıran qazimiz tədbir iştirakçılarına mənsubiyyəti unutmamağı tövsiyə etdi.

Quru Qoşunları baş-leytenantı Pərviz Aslanov əvvəlcə tədbirə dəvət edildiyi üçün tədbir təşkilatşısı Emin Həsənliyə təşəkkür etdi. Şəxsi heyətə öz bilik və bacarıqlarını hər gün daha da artırmaqlarını və bunun hazırda çox vacib olduğunu bildirdi. “Müharibədə bizi daha da güclü edən qisas hissi idi. Düz 30 ildir biz o torpaqların həsrətini çəkirdik. I Qarabağ müharibəsində və atəşkəs elan olunandan hiyləgər düşmənin bizə verdiyi itkilərin qisası alınmalı idi və alındı. Onların qanı yerdə qalmadı. Əminəm ki, onların ruhu şaddır”.

Qeyd edək ki, tədbir “Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar şəxsi heyətin məişət şəraiti, sinif otaqları və əsgər yataqxanası ilə tanış oldular.

Sonda qonaqlar şəxsi heyətlə birgə nahar etdi.

Paylaş »
››› Türkiyədə dolların rekord bahalaşması Azərbaycana təsir edəcəkmi...
››› Putin Azərbaycan və Ermənistan rəhbərlərinin çıxışlarına münasibət bildirib
››› Lotereyada udacağını yuxuda gördü və milyonçu oldu
››› Ermənistanın cinayət ortağı ifşa olundu
››› 40 yaşlı kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
››› Məsciddə partlayış törədilib, ölənlərin sayı 30 nəfərdən çoxdur
››› Müdafiə Nazirliyi açıqlama yaydı
Son xəbərlər
Bütün xəbərlər »