Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xoşbəxt olmaq üçün gün ərzində özümüzə nə qədər vaxt ayırmalıyıq
Xoşbəxt olmaq üçün gün ərzində özümüzə nə qədər vaxt ayırmalıyıq

İnsanların əksəri ən adi ərzaq ehtiyaclarını ödəmək üçün gərgin işləməli olur. Həyat xüsusilə 21-ci əsrdə çox sürətli gedir. İnsan özünə yetərincə vaxt ayıra bilmir. Son nəticədə emosional varlıq olan bəşər övladı özünü xoşbəxt hiss edə bilmir.

Bizimyol.info xəbər verir ki, amerikalı tədqiqatçılar asudə vaxtla bağlı araşdırma aparıblar. Onlar xoşbəxt olmaq üçün gün ərzində özümüzə nə qədər zaman ayırmalı olduğumuzu müəyyənləşdirməyə çalışıb.

Tədqiqatçılar o qənaətə gəliblər ki, insanın sutkada 2-5 saat asudə vaxtı olmalıdır. Araşdırma üçün 22 min amerikalı sorğuya cəlb edilib. Onlar bir sutkanı necə keçirmələri barədə müfəssəl məlumat veriblər, günün necə başa vurulmasını təsvir ediblər. Fransız jurnalist Yuliya Mokdad nəticələrə baxaraq yazıb ki, göstərilən zaman aralığından az və ya çox asudə vaxt xoşbəxt olmağa mane olur. Yəni boş zamanın çoxluğu da xoşbəxtliyə imkan vermir.

Araşdırmanın nəticəsini şərh edən Marissa Şərif deyir ki, gün ərzində insana 2 saata özünə vaxt ayırmaq yetər. Ekspertin fikrincə, arzuları həyata keçirmək üçün çox zamana ehtiyac yoxdur.

“Boş vaxtınızda yaşadığınız xoşbəxtlik də onu necə istifadə etməyinizdən asılıdır. Buna görə də tədqiqatçılar aktiv olmağa və bu vaxtı rifaha xas üç ehtiyacı stimullaşdıran fəaliyyətlərə həsr etməyə çağırır: bu muxtariyyətdir, yəni özünə tamamilə ayrıla biləcək vaxtdır; başqaları ilə qarşılıqlı əlaqə, yəni ictimai həyata daxil olmaq və digər insanlarla vaxt paylaşmaq; nəhayət, hərəkətlərimizə bir məqsəd və məna vermək hissidir”, - Yuliya Mokdad yazısında belə təsnifat aparıb.

Tədqiqatçılar hesab edir ki, insanların həyatı müəyyən faydalılıq missiyası daşımalıdır. Amma özünlə olmağı heç unutmamalısan. İnsan ictimai öhdəliklərinə laqeyd yanaşmamalı, amma həm də arzularını qidalandırmalıdır. Bütün hallarda müəyyən çərçivə gözlənilməlidir.

Bizimyol.info

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »