Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusca, yoxsa ana dilində təhsil...
Rusca, yoxsa ana dilində təhsil...

İllər öncə Rusiyada təhsil alan Xavər adlı birisinə xəbər göndərirlər ki, atan Hacı Nurəddin ölüb dur gəl. Xavər də gəlir. Atasını dən edəndə deyir ki , bu qəbri niyə belə qazmısız. Deyiblər ki, üzü qibləyə olsun deyə. Xavər də qayıdıb ki. A kişi nə Qibləsi, çevirin üzünü Moskvaya, Peterburqa tərəf, nə varsa orda var. 2 il əsgəlik,5 il də universiutet həyatı rusbaşlı Xavəri Hacı dədəsini tərsinə basdıracaq qədər "İntillegent" eləmişdi. Düzdür, camaat onun ağlına uyub öz adət ənənəsindən uzaqlaşmadı, amma ən azından Aran bölgəsi bir milli ruhlu gəncini o gün o məzarlqıda " itirdi".

Azərbaycanda rus dilində təhsil modası heç vaxt köhnəlmir. Ölkəmizdə rus icmasının sayı təxminən 120 min nəfər təşkil eləsə də rus dilində danışan və düşünən insanların sayı daha çoxdur, ildən ilə də artır.

Rus dilinə olan marağı bizə təlqin edənlər var, onlar barədə bir qədər sonra. Lakin bu dildə danışan adamlara xüsusi üstünlük, simpatiya, onların irəli çəkilməsi, cəmiyyət içində qruplaşma yaradıb rus dilində bilməyənlərə " çuşka" kimi baxmaları bir çox valideynləri təşviq edir ki, uşaqlarına bu dildə təhsil versinlər.

Təbii ki rusa meylli şəxslərin apardığı təbliğatın da öz rolu var. Müxtəlif dövlət idarələrində, şirkətlərdə beşinci kolonun tör töküntüləri var ki, yalnız rusdilliləri karyera pillələrində irəli çəkirlər. Bu da rus dilinin təbliğində böyük rol oynayır.

Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır, 16 məktəbdə dərslər yalnız rus dilində keçirilir. Rus bölmələrində təhsil alan şagirdlərin cəmi şagirdlərdə payı 7,5 faiz təşkil edir. Bu isə o deməkdir ki, ümumi təhsilə ayrılan 1 milyard 289 milyon 100 min manatlıq büdcə vəsaitinin 7,5 faizi və ya 96,7 milyon manatı rus bölmələrində oxuyan şagirdlərin təhsilinə xərclənir.

Başqa sözlə desək, Müstəqil Azərbaycan Rusiyanın dövlət dilinin yaşaması üçün büdcəsindən 96 milyon manat ayırır.

Bir çox ekspertlər hesab edirlər ki,Bakı şəhərində tədrisi ingilis, türk dilində olan çoxlu özəl məktəblər fəaliyyət göstərirsə rus dili də bu məktəblər kimi yalnız özəl məktəblərdə tədris edilsin.

Bir neçə il öncə Azərbaycanda rus dilinə qarşı etirazlar səslənəndə və məktəblərdə bu dilə verilən önəm azaldılanda Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlmiş və bunun səbələri barədə soruşmuşdu. Azərbaycan o zaman məsələni belə qoymuşdu ki, rus bölmələrində müəllim çatışmazlığı var. O üzdən şagird sayı azaldılır. Rusiya Prezidenti öz dövlət büdcəsindən, maaşlarını da vermək şərti ilə bütün fənlər üzrə kadr təminatına hazır olduğunu demişdi. Rusiyanın burda maraqlı olmasının yalnız bir səbəbi ola bilərdi. Azərbaycan xalqınınbütöv milli ruhu Rusiyanı narahat etmişdi, maraqlarına zidd olmuşdu. 70 illik Sovet dönəmində Azərbaycan türkü ifadəsindən qorxaraq adımıza öncə tatar,Ş sonra azərbaycanlı deyənlər indi içimizdə rus ideologiyası ilə böyüyən nəslin cücərməsində əlbəttə ki maraqlıdır. İşğalçılar hər zaman milli ruhu olan millətlərdən çəkinir, qorxur.

Övladlarını daha avadlı, daha mədəni görmək üçün rus məktəblərinə qoyan valideynlər bunu da nəzərə almalıdırlar. Rus dilində danışıb düşünən övlad Azərbaycan dəyərlərinə bir köynək yad olur. Dil bilmək əlbəttə gözəldir. Yalnız o şərtlə ki, o dil bilgisinin altında şüur altında sənin öz millətinə, tarixinə qarşı nifrət toxumları səpilməsin, sən rus türkdən daha üstün görməyəsən.

Rus, ingilis, alman, fransız, ərəb, çin, hətta düşmənin də dilini öyrənmək olar, amma uşağı milli kökdən ayırmaq olmaz. Nə qədər ki, biz dost tanış məclsində bir iki kəlmə rusca " qırıldatmağı" başqalarından üstünlük kimi görüb, bununla ətrafımızdakılara hava atacağıq, ona qədər beyimizə yerimiş, kök salmış bu xərcəngdən xilas yolumuz olmayacaq.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »