Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mən Şəhid olsam da, biləcəm ki, sevdiklərim rahatdı"
"Mən Şəhid olsam da, biləcəm ki, sevdiklərim rahatdı"

İkinci Qarabağ Müharibəsinin ildönümünə sayılı günlər qalıb. 2020-ci il sentyabrın 27-də Azərbaycanın rəşadətli ordusu düşmənin davamlı hücumlara cavab olaraq əks hücuma keçdi. Vətən müharibəsi başlandı. Səfərbərlik elan edildi. Minlərlə gənc 30 ildən artıqdır ki, erməni işğalı altında olan torpaqlarımızın işğaldan azad edilməsi naminə ayağa qalxdı. Minlərlə gənc şəhid oldu, minlərlə ailə gözüyaşlı qaldı. 44 günlük müharibədə Azərbaycanın qəhrəman oğullarının sayəsində qələbə ilə başa çatdı. Torpaqlar azad edildi. Hər dəfə sevinc, həyəcan, qayğı ilə torpaqların işğaldan azad edilməsi xəbərini eşidəndə şəhid analarının ürəyinə su səpildi...

"O, mələk idi, mən mələyə aşiq oldum. O, bu dünyada vəzifəsini bitirib getdi. Hamı kimi deyildi, fərqli idi. Bəzən bu fərqliliyin səbəbini düşünürdüm. İndi bu fərqliliyin səbəbini anlayıram"- deyə danışır şəhid Xəyal Şəkərovun sevdiyi xanım Səma...

Şəhid haqqında Bizimyol.info saytına şəhidin sevdiyi xanım danışıb:

"Xəyal Şəkərov, 1998-ci il sentyabrın 7-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Xəyal, XTQ kəşfiyyatçısı idi. Məstan Əliyev adına tam orta məktəbdə təhsil alıb. İdmanla məşğul olur, qaydasız döyüş və güləş üzrə ölkə daxili birincilikləri var idi. Müharibə başlayanda sentyabrın 27-də döyüşə getdi. Xəyal, oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid oldu".

Şəhid Xəyal Şəkərov

Xəyal Şəkərov ölümündən sonra "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. Murovdağ, Talış kənd, Xocavənd, Cəbrayıl və bir çox ərazilərdə döyüşüb. Səma danışır ki, Xəyal oktyabrın 10-da Hadrut uğrunda gedən döyüşlərdə başından xəsarət alaraq, şəhid olub. Xəyal Şəkərov, oktyabrın 13-də Tovuz rayon Ədirik Cırdaxan kəndində dəfn edilib.

"Mənimlə ən son 26 sentyabrda danışdı. Evləri ilə Cəbrayıl azad olunanda danışıb. Atasına deyib ki, "gözün aydın Cəbrayıl azaddır. Cəbrayıla ilk bayraq sancan Xəyal olub. Qardaşına deyib ki, "elə bir iz qoyub gedəcəm ki, hər kəs ondan danışacaq. Çox mehriban, qayğıkeş, uşaqları sevən biri idi. Biz görüşəndə müharibə yox idi. İyul döyüşlərindən sonra görüşdük. Sentyabrın 20-də mən ona dedim ki, "çıx hərbidən". Razılaşmadı, dedi ki, "yox, mənim ən böyük arzumdu XTQ olmaq". Dedim: "mən qorxuram", dedi ki, "hər şey vətən üçün. Mən Şəhid olsam da, biləcəm ki, sevdiklərim rahatdır" - Səma Xəyalından yana-yana danışır.

Deyir ki, hələ də Xəyalın yoxluğu ilə barışa bilmir. Bəzən elə düşünür ki, sanki yuxudadır, sanki ayılacaq və Xəyalı qayıdacaq. Hər gün, hər saat gözü telefondadı, "bəlkə Xəyal yazar" deyə. Deyir bəzən ona elə gəlir ki, Xəyal işdədir, Xəyal təlimdədir gələcək. Ancaq Xəyal nə gəlir, nə yazır... Yoxdur Xəyal..

Şəhid Xəyal Şəkərov

"Deyirdi ki, "səni tək qoymaram, hər zaman yanındayam". Bəzən şəkilləri ilə danışıram. Deyirəm ki, "bilirdin, kimsəm yoxdu. Niyə getdin, niyə sən də tək qoydun?". Mənə "gözəl gözlüm" deyirdi, "gözəl gözlüm" deyənimi itirdim mən. Formada olan hər kəsə baxıram bəlkə Xəyaldı deyə. Demişdi "bazar günü gələcəyəm". Neçə bazarlar keçdi, gəlmədi Xəyalım. Mənim isə gözüm yollardadır.

Mən ondan tez-tez küsürdüm. İndi deyirəm, görəsən məni bağışladımı, görəsən bir də onu görəcəyəmmi? "Çox darıxdım gələcəyəm" deyirdi. Gəlmədi" - deyə Səma gözyaşları ilə danışır.

Səma, 11 ay keçməsinə baxmayaraq hələ də bu yoxluğu qəbul etmir. Bəlkə illər keçəcək, ancaq Səma Xəyala olan sevgisini heç bir zaman unutmayacaq. Bir küskün baxışda, bir mehriban təbəssümdə Xəyalı axtaracaq ömür boyu..

Xəyal isə göylərdən sevdyini izləyəcək. Qürur duyacaq elə sevgi yaşadığı üçün...

İlahin, Bizimyol.info

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »