Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi

“İki oğlu şəhid olmuş ananın Mingəçevir rəhbərliyinə və deputat Aydın Mirzəzadəyə kəskin etirazı” başlıqlı müsahibəyə cavab olaraq şəhər İcra Hakimiyyəti tərəfindən görülən işlərlə əlaqədar bildiririk ki, Nəhayət Həsənovanın oğlanları Həsənov Musa Tapdıq oğlu və Həsənov Tural Tapdıq oğlu 21.09.2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, 29.09.2020-ci il və 09.12.2020-ci il tarixlərdə şəhid olmuşlar. Şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlərin qəbirlərinin üstü götürülmüş, ətrafında abadlıq işləri görülmüşdür.

Şəhidlərin anasına hər birinə 1000 (min) manat olmaqla 2000 (iki min) manat, ötən ilin dekabr ayında 31 dekabr Həmrəylik Günü ilə əlaqədar isə hər birinə 200 (iki yüz) manat olmaqla 400 (dörd yüz) vəsait ayrılmış, “Kapital bank”ın Mingəçevir filialı vasitəsi ilə ödənilmişdir. Ötən ilin sonlarında 2 dəfə, cari ilin Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ailəyə ərzaq yardımı edilmişdir. Eyni zamanda şəhər İcra Hakimiyyəti tərəfindən 2020-ci ilin dekabr ayında onun evinə istilik sistemi çəkilmişdir. Bundan əlavə şəhid Həsənov Musanın həyat yoldaşı Maya Həsənova Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən himayəyə götürülmüş, hər ay 1000 (min) manat vəsait ödənilir. Həsənov Turalın həyat yoldaşı Rəbiyyə Həsənova “Avrora” şirkəti tərəfindən himayəyə götürülmüş, hər ay 500 (beş yüz) manat vəsait ödənilir.

Heydər Əliyev Fondu tərəfindən hər iki şəhidin ailəsinə müvafiq olaraq 10000 (on min) manat, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən 3000 (üç min) manat, “YAŞAT” fondu tərəfindən Həsənov Musanın həyat yoldaşına 2500 (iki beş yüz) manat, Həsənov Turalın həyat yoldaşına 5000 (beş min) manat vəsait ödənmiş, Nəhayət Həsənovaya şəhər Polis Şöbəsi tərəfindən 500 ədəd mişar daşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən 500 ədəd mişar daşı, 1 ton sement verilmişdir. Mingəçevir şəhər Bələdiyyəsi Nəhayət Həsənovanı fərdi mənzil tikintisi üçün torpaq növbəliliyinə götürmüş, habelə Musa Həsənovun xatirə bulağının tikintisinə 2000 (iki min ) manat vəsait ayırmışdır. Bulağın tikintisi başa çatdıqdan sonra Şəhər İcra Hakimiyyətinin xətti ilə bulağın ətrafı asfaltlanmışdır. Həmin ərazinin asfaltlanması cari ilin iş planına salınmış və Azərsu ASC tərəfindən kanalizasiya xətlərinə ev bağlantıları qoşulduqdan sonra küçələrdə asfaltlanma işlərinə başlanılacaqdır.

Şəhər İcra Hakimiyyəti başçısının 07.04.2021-ci il tarixli 42 saylı Sərəncamı ilə Tural Həsənovun həyat yoldaşı Rəbiyyə Həsənova mənzil növbəliyinə götürülmüş və Musa Həsənovun həyat yoldaşı Maya Həsənovanın mənzil növbəliliyinə götürülməsi barədə müraciəti daxil olmuş, şəhər İcra Hakimiyyətinin mənzil növbəliliyi komissiyasında baxılaraq mənzil növbəliliyinə götürülməsi məqsədəuyğun hesab edilmişdir. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid Musa Həsənovun həyat yoldaşı Maya Həsənova cari ilin 15 sentyabr tarixindən 10 nömrəli məktəbdə kompüter operatoru vəzifəsinə təyin edilmişdir.

Şəhidlərimizin adına küçə verilməsi məsələləri “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə tənzimlənir. N.Həsənovanın müraciəti ilə əlaqədar şəhər İcra Hakimiyyətinin “Küçə və meydanlara ad verilməsi komissiyası”nda məsələyə baxılmış və ona cavab məktubu yazılmışdır. Əlavə olaraq bildiririk ki, Birinci Qarabağ müharibəsi və eləcədə Aprel Şəhidlərinin adına əvvəllər küçə adları verilmişdir. Günəşli bağ massivində olan küçələrə qanunvericiliyə uyğun olaraq komissiya tərəfindən adlar verilmişdir. Hal-hazırda orada adsız küçə yoxdur. Gələcəkdə bu məsələyə qanunvericiliyə uyğun baxılacaqdır.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »